“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycana buğda idxalı artıb: Əsas tədarükçülər iki ölkədir

Tarix 19.12.25, 13:26

Font ölçüsü : - / +
bitmap-img6


2025-ci ilin ötən 11 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 milyon 131 min 876 ton buğda idxal olunub. Ölkəyə gətirilən buğdanın ümumi dəyəri 244 milyon 632 min dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə ölkəyə 1 milyon 117 min 277 ton buğda idxal edilib, dəyəri isə 241 milyon 93 min dollar olub. Beləliklə, cari ildə buğda idxalında həm həcm, həm də dəyər baxımından artım qeydə alınıb.

Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, buğda idxalında əsas tədarükçü ölkələr Qazaxıstan və Rusiyadır.

Bu ilin 10 ayı ərzində bu iki ölkədən dəyəri 214 milyon 155.42 min dollar təşkil edən 996 min 501 ton yumşaq buğda və digər buğda növləri idxal olunub: Qazaxıstandan (596 min 648.68 ton - 127 milyon 845.38 min dollar) və Rusiya (399 min 852.53 ton - 86 milyon 310.04 min dollar).

Eyni zamanda Avstriyadan toxumluq bərk buğda idxalı 15 ton olub və bunun dəyəri 155.74 min dollar təşkil edib. Bu ilin 10 ayı ərzində digər bərk buğda idxalı 10 min 410.75 ton səviyyəsində olub və bu məhsullara görə 2 milyon 87.77 min dollar ödənilib. Bu kateqoriya üzrə əsas tədarükçülər Rusiya (7 min 739.25 ton - 1 milyon 495.98 min dollar) və Qazaxıstan (2 671.5 ton - 591.79 min dollar) olub.

Toxumluq yumşaq buğda və meslin (pərinc) idxalı 2 min 687,35 ton, dəyəri isə 1 milyon 291.69 min dollar təşkil edib. Bu məhsulun əsas hissəsi Rusiyadan (2 min 634.8 ton - 1 milyon 249.66 min dollar), az bir qismi isə Türkiyədən (52.55 ton - 42.04 min dollar) idxal olunub.



Xəbərin oxunma sayı : 163




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap