Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Lazım gəlsə, üç dostumu da götürüb İmralıya gedərəm” - Dövlət Bağçalı

Tarix 18.11.25, 13:39

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı İmralı həbsxanasında PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşməyə hazır olduğunu bəyan edib.

APA xəbər verir ki, MHP lideri bu barədə partiyasının qrup iclasında bildirib.

“Açıq şəkildə deyirəm: Lazım gəlsə, üç dostumu da götürüb İmralıya gedərəm”, - o qeyd edib.

Dövlət Bağçalı vurğulayıb ki, terrordan azad bir Türkiyənin hədəfi getdikcə daha da güclənməkdirsə, İmralıya getməkdən çəkinməyin mənası yoxdur.

Qeyd edək ki, Dövlət Baxçalı Öcalanla danışıqlar aparan DEM Partiya heyəti ilə də görüşüb.

Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb. PKK liderinin çağırışından sonra bir qrup təşkilat üzvü Süleymaniyyədə tərksilah olub.

PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.



Xəbərin oxunma sayı : 232




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap