Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Pezeşkian o sənədi təsdiqlədi - Türkiyə və İran əlaqələri genişlənir

Tarix 17.11.25, 16:58

Font ölçüsü : - / +
bitmap-img6


İran Prezidenti Məsud Pezeşkiyan Türkiyə ilə dəmir yolu əlaqəsi sahəsində yeni sazişi rəsmi şəkildə təsdiqləyib. 

Belə ki, Pezeşkiyan İran Yol və Şəhərsalma Nazirliyi ilə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında dəmir yolu daşımacılığına dair əməkdaşlıq sənədinə imza atıb.

Sənəd bu ilin fevralında İran parlamentinin açıq iclasında təsdiqlənmiş, daha sonra ölkənin maraqlarına uyğun hesab olunmuşdu. Prezident Pezeşkiyanın imzası ilə müqavilə rəsmi qüvvəyə minib.

Anlaşma Türkiyə və İran arasında uzun müddətdir genişləndirilməsi planlaşdırılan şərq–qərb nəqliyyatına yeni dinamika qazandırıb. Saziş yalnız iki ölkəni deyil, həm də Əfqanıstanın daxil olduğu geniş regional dəmir yolu şəbəkəsini əhatə edir.

Türkiyə, İran və Əfqanıstan arasında davam edən ortaq dəmir yolu layihəsinin əsas hədəfləri belə açıqlanıb:

- Üç ölkə arasında əməkdaşlığı gücləndirmək;

- Mövcud dəmir yolu xətlərinin və infrastrukturun səmərəliliyini artırmaq;

- Sərhəd keçidlərini sadələşdirmək;

- Daşımaların həcmini artırmaq;

- Regional uyğunluğa töhfə vermək;

- Davamlı dəmir yolu koridoru yaratmaq.

Bu çərçivədə yüklərin daha sürətli hərəkəti, fasiləsiz ticarət marşrutu və koridorun beynəlxalq logistika şəbəkələri ilə uyğunlaşdırılması planlaşdırılır. Layihənin üç ölkə arasında ticarəti artıracağı və Asiya–Avropa bağlantısını daha da gücləndirəcəyi gözlənilir.



Xəbərin oxunma sayı : 190




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap