“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Trampdan Netanyahunun əfv tələbi – İsrail prezidentinə məktub göndərdi

Tarix 12.11.25, 17:36

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp korrupsiya ittihamları ilə məhkəmədə mühakimə olunan İsrailin Baş naziri Benyamin Netanyahunun əfv edilməsi üçün İsrail Prezidenti İsaq Hersoqa məktub göndərib.

Tramp məktubunda Hersoqa açıq şəkildə müraciət edərək Netanyahunu tamamilə əfv etməsini xahiş edib.

Tramp yazıb ki, İsrail və yəhudi xalqı son illərdə çox çətin dövrlərdən keçib və Netanyahu bu dövrdə həm müharibə, həm də sülh zamanı güclü lider kimi ölkəni ayaqda saxlayıb:“İndi İsrail sülh dövrünə qədəm qoyur. Baş nazir Netanyahu güclü düşmənlərə və uzunmüddətli çətinliklərə baxmayaraq İsraili dimdik ayaqda saxladı. Onun diqqəti artıq lazımsız şəkildə yayındırılmamalıdır".

Tramp həmçinin bildirib ki, Netanyahunun məhkəməsi siyasi motivli və ədalətsiz təqibdir:“Mən İsrail ədliyyə sisteminə hörmətlə yanaşıram, lakin uzun müddətdir hesab edirəm ki, Bibiyə qarşı bu iş siyasi xarakter daşıyır. O, İran kimi çətin düşmənlərlə mübarizə apararkən bu cür təqiblərlə üzləşməməlidir”.

Tramp məktubunda əlavə edib ki, onun və Hersoqun münasibətləri güclüdür və bu əlaqə sayəsində İsraildə birliyin qorunması mümkündür.

Hersoqun isə cavabında Trampa hörmət etdiyini, amma məhkəmə prosesinin davam etdiyini bildirib.



Xəbərin oxunma sayı : 922




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap