Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

İcra başçısının balıqları tələf oldu,düyü biznesinə keçdi - VİDEO

Tarix 18.11.25, 22:20

Font ölçüsü : - / +
bitmap-img6


Ötən həftə Ucar Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədova məxsus olduğu deyilən camış ferması barədə xəbər vermişdik...
Yerli sakinlərin verdiyi məlumata görə,icra başçısı rayonun Müsüslü kəndi ərazisində böyük bir ərazini əhatə edən camış ferması yaradıb. Orada Macarıstandan gətiirlmiş xüsusi növ cins camışlar bəslənir. Bu,faktı əməkdaşımıza ərazidə yaşayan sakinlər də təsdiqləmişdi.Məlumat üçün qeyd edək ki, Mənsur Məmmədovun adı mediada Ramiz Mehdiyevin komandasında yer alan məmurlar siyahısında hallanır. Onun bu komandaya sabiq nəqliyyat naziri Ziya Məmmədovun vasitəsi ilə üzv olduğu yazılır.

Qeyd olunan reportaj yayımlandıqdan sonra sayta icra başçısının neqativ əməlləri ilə bağlı bir çox informasiyalar daxil oldu. Məsələni araşdırmaq məqsədi ilə Oxu24.com saytının  əməkdaşı Ucar rayonunda olub.

Yerli sakinlərin bildirdiyinə görə, rayonun ərazisində olan bir çox əkinə yararlı torpaq sahələri icra başçısı Mənsur Məmmədov və onun adamları tərəfindən zəbt edilib. Əldə etdiyimiz məlumata görə, başçı camışçılıqdan savayı bu,torpaqlarda çəltikçiliklə də  məşğul olur.

Rayonun bir çox kəndlərində icra başçısına məxsus çəltik sahələri mövcuddur.

Yerli mənbənin saytımıza verdiyi məlumata görə,çəltik sahəsinə dövlət tərəfindən daha çox subsidiya ayrıldığı üçün başçı da məhz bu məşğuliyyəti seçib. Rayon sakinlərinin torpaq qıtlığı çəkdiyi bir zamanda geniş sahələr başçının ixtiyarına verilib. İş təkcə bununla bitmir.

İcra başçısı hazırda biçdirdiyi çəltikləri özünün tikib-qurduğu mini  zavodda emal edir və satışa çıxarır.

Əməkdaşımız sözügedən zavodda olub. Əraziyə kənar şəxslərin girişi qadağan edilib.Bura ancaq işçilər daxil ola bilər.Nəzərimizi zavodun ərazisində olan texnikalar, traktorlar çəkdi. Bunlar ki, dövlətə məxsus texnikalardır. Onlar başçının zavodunda nə iş görür?

Mənbəmiz bu suala da cavab verib.Məlumata görə,icra başçısı kənd təsərrüfatı işlərini rayonun  Dövlət Aqrar İnkişaf Mərkəzinin (Red-bundan sonra DAİM) vəzifəli şəxsi Səfərov Rəhman Sadıq oğlu ilə birlikdə görürmüş. Məhz,dövlətin balansında olan həmin texnikalar da bu məqsədlə başçının sərəncamına verilib. Bu,isə ciddi qanun pozuntusudur. Bu haqda daha ətraflı məlumat təqdim edəcəyik. (oxu24.az)




Xəbərin oxunma sayı : 259




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap