Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Quli” tərəfdarlarının ABŞ-da cinayət əməlləri - Həm restoranda işləyir, həm də…

Tarix 18.11.25, 20:50

Font ölçüsü : - / +
bitmap-img6


Manhatten federal məhkəməsində kriminal avtoritetlər Rafet Əmirov və Polad Ömərova 25 il həbs cəzası kəsilib.

AzFakt.com Teleqraf-a istinadən xəbər verir ki, mart ayında onlar iran əsilli amerikalı jurnalist və hüquq müdafiəçisi Masi Alinejadın həyatına qurulan sui-qəsddə günahkar biliniblər.

Nyu-York Cənub Dairəsinin federal prokurorluğu 46 yaşlı Rafet Əmirov və 41 yaşlı Polad Ömərovu məşhur “qanuni oğru”, 2020-ci ildə Antalyada öz mühafizəçisi tərəfindən öldürülmüş Nadir Səlifovun (“Lotu Quli”) rəhbərliyi altında fəaliyyət göstərən “rus mafiyası”nın üzvləri kimi təsvir edib.

İttiham aktına görə, 2022-ci ilin iyul ayının sonu üçün planlaşdırılan, lakin icraçı Xalid Mehdiyevin səriştəsizliyi səbəbindən baş tutmayan Alinejada qarşı sui-qəsd İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən sifariş edilib və jurnalistin qətlə yetirilməsi üçün yarım milyon dollar ayrılıb.

Prokurorların sözlərinə görə, Gürcüstan vətəndaşı Polad Ömərov, həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı olan Rafet Əmirov bu sifarişə qismən pul xətrinə, eyni zamanda “Quli”nin ölümündən sonra qruplaşma daxilində onun varisliyi uğrunda gedən çəkişmədə üstünlük qazanmaq ümidi ilə girişiblər.

Prokuror avtoritetin taclanmasını tanımadı

Rafet Əmirov vaxtilə məhz Nadir Səlifovun özü tərəfindən “qanuni oğru” kimi taclandırılıb. Polad Ömərov isə Nadir Səlifovun yaxın qohumudur. O da “Quli” tərəfindən taclandırıldığını iddia etsə də, qruplaşmanın digər üzvləri bunu təkzib edib. Eyni zamanda Manhatten prokurorluğu da onu “qanuni oğru” kimi tanımır.

2023-cü ildə Çexiyada saxlanılan və bir il sonra ABŞ-a ekstradisiya olunan Rafet Əmirov istintaqla əməkdaşlıqdan imtina edib.

Məlumata görə, Özbəkistandan təhvil verilən Polad Ömərov isə üzərinə qoyulan ittihamları müzakirə etməkdən boyun qaçırıb. Amma prokurorların dediyinə görə, ABŞ-dan kənarda keçdiyi kriminal karyera barədə sorğu-sual zamanı fəxrlə danışıb.

Xalid Mehdiyev (“Əhmədli Xalid”) hazırda 27 yaşındadır. Həbsindən sonra əvvəlcə danışmaqdan imtina edib. Daha sonra fikrini dəyişib, istintaqla əməkdaşlığı qəbul edib və mart ayında hakim Kolleen MakMahonun sədrliyi ilə keçirilən məhkəmə prosesində üç dəfə ifadə verib.

Xatırladaq ki, hakim MakMahon sabiq ABŞ prezidenti Bill Klinton tərəfindən təyin olunub.

Hakim cəzanı yarıbayarıya endirdi

Prokurorluq Rafet Əmirov və Polad Ömərovun hər birinin 55 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. Hakim hər iki təqsirləndirilən şəxsi 25 il azadlıqdan məhrum edib.

Əgər onlar həbsxanada nizam-intizamlı olsalar, təxminən 20 il cəza çəkəcəklər. ABŞ federal sistemində 1985-ci ildən bəri şərti azadlıq yoxdur. Amma məhbusların cəzası yaxşı davranışa görə adətən 15% azaldılır.

“Çalışdım ki, gələcəkdə “qanuni oğru” olmağa layiq görülüm”

Rafet Əmirov son illər İranda yaşayıb. Polad Ömərovla o, əlaqə saxlayıb, Ömərov isə jurnalist Alinejadın öldürülməsi tapşırığını Yonkersdə yaşayan, “U Peppino” adlı pitsa restoranında menecer işləyən Xalid Mehdiyevə verib.

Polad Ömərovun vəkili Elena Fest X.Mehdiyevə çarpaz sorğu-sual keçirib. Məlum olub ki, məsələn, Mehdiyev ABŞ-da ola-ola internet və vasitəsi ilə Ukraynada törədilən bir oğurluq əməliyyatını idarə edib.

“Demək, siz həm beynəlxalq oğurluğu koordinasiya edir, həm də pitsa restoranında işləyirdiniz?” – deyə Fest soruşub.

Xalid Mehdiyev hər iki işi eyni vaxtda görməyin məsuliyyət tələb etdiyini etiraf edib: “Qruplaşma rəhbərlərində yaxşı təəssürat yaratmağa çalışdım ki, gələcəkdə “qanuni oğru” olmağa layiq görülüm”.



“Quli”nin ölümündən sonra nə baş verdi?

Nadir Səlifovun (“Quli”) ölümündən sonra Xalid Mehdiyev “reket”lik etməyə davam edib. Əvvəlcə “Quli”nin qardaşı Namik Səlifovun (“Namik Bakinski”) adından istifadə edirmiş, daha sonra ondan ayrılıb. Polad Ömərovla birgə, xaricdən votsap vasitəsilə verdiyi tapşırıqlarla işləməyə başlayıb.

Məsələn, Bruklində bir ərzaq mağazasının sahibini “nəzarət”ə götürüblər. Xalid Mehdiyev onun “Range Rover” markalı avtomobilini yandırıb, sonra mağazanın dayanacağında maşını gülləbaran edib.



Xəbərin oxunma sayı : 169




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap