Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Azərbaycanda saytlara girişdə problem yaşanır - Səbəb nədir?

Tarix 18.11.25, 16:40

Font ölçüsü : - / +
bitmap-img6


Artıq 1 saata yaxındır ki, Azərbaycandakı əksər sayt və agentliklərə girişdə problem yaşanır.

AzFakt.com xəbər verir ki, problemin qlobal miqyasda yaşandığı "Cloudflare" sistemindəki çətinlikdən qaynaqlandığı bildirilir.

“Downdetector”un məlumatına görə, problem qlobal xarakter daşıyır – ABŞ, Avropa və Asiya daxil olmaqla, dünyanın müxtəlif bölgələrindən minlərlə şikayət qeydə alınıb.

Açıklama yok.

Bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabından etdiyi paylaşımda problemin bulud texnologiyasında genişmiqyaslı nasazlıqla bağlı olduğunu yazıb: “Cloudflare” çöküb. Bir çox saytlar, o cümlədən Azərbaycan resursları açılmır. Bu gün “Cloudflare”in qlobal infrastrukturu üzrə genişmiqyaslı nasazlıq baş verib. “Cloudflare”in xidmətlərində yaranan problem nəticəsində dünyanın müxtəlif ölkələrində çoxlu sayda sayt açılmır, “Cloudflare Error” tipli xətalar görünür. “Cloudflare” üzərindən işləyən bir çox Azərbaycan saytları da eyni səbəbdən açılmır və səhv mesajları göstərir. Saytların özündə, serverlərdə problem yoxdur. Trafik “Cloudflare”dən keçmədiyi üçün müvəqqəti əlçatmaz görünürlər. “Cloudflare” qlobal miqyasda kəsintini aradan qaldırmaq üzərində işləyir. Problemin qısa zamanda həll olunacağı gözlənilir”.


“Cloudflare”şirkəti qısa açıqlama verərək problemin səbəbinin araşdırıldığını və xidmətin bərpası üzərində iş getdiyini bildirib.

“Cloudflare” - internetin təhlükəsizliyi və sürətini təmin edən qlobal şəbəkədir. Onun funksiyalarına daxildir:

-saytların DDoS hücumlarından qorunması,

-DNS serverlərinə çıxış,

-saytların yüklənmə sürətinin optimallaşdırılması.

Müxtəlif qiymətləndirmələrə görə, “Cloudflare”in xidmətlərindən internetdəki saytların təxminən 20%-i istifadə edir. Bu səbəbdən şirkətdəki hər hansı nasazlıq qlobal təsir göstərir.



Xəbərin oxunma sayı : 142




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap