Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

ABŞ “Lukoyl” şirkətinə möhlət verdi - Bu tarixədək

Tarix 15.11.25, 12:22

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) “Lukoyl”a qarşı sanksiyaların tətbiqindən sonra əməliyyatların tamamlanması üçün müəyyən edilmiş son müddəti uzadıb.

“Interfax” xəbər verir ki, “Lukoyl”a öz törəmə şirkəti “Lukoil International GmbH”in və onunla əlaqəli aktivlərin satışı üzrə müqavilələrin razılaşdırılması və bağlanması ilə bağlı əməliyyatların həyata keçirilməsi üçün 13 dekabr 2025-ci ilə qədər möhlət verilib.

İdarənin məlumatına görə, belə bir əməliyyatın həyata keçirilməsi birbaşa OFAC-dan ayrıca icazə alınmasından asılıdır.

Bundan əlavə, OFAC Rusiya nəhənginin Bolqarıstandakı hüquqi şəxsləri ilə 29 aprel 2026-cı ilə qədər əməliyyatlar həyata keçirilməsinə icazə verib. Bura “Lukoil Neftohim Burgas JSC”, “Lukoil Bulgaria EOOD”, “Lukoil Aviation Bulgaria EOOD”, “Lukoil Bulgaria Bunker EOOD” kimi aktivlər daxildir. 

​Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “Lukoyl” şirkətlərini, eləcə də həmin şirkətlərin 34 törəmə strukturunu yeni sanksiya paketinə daxil edib. Şirkət Yaxın Şərq, Azərbaycan, Qazaxıstan, ABŞ, Belçika, Niderland, İtaliya və digər ölkələrdə layihələrə sahibdir. Sanksiyalar paketinə salındıqdan sonra “Lukoyl” xarici ölkələrdəki aktivlərini satmaq qərarına gəlib.​

“Lukoyl” şirkəti isə ona qarşı tətbiq edilən sanksiyalar fonunda ABŞ Maliyyə Nazirliyinə müraciət edərək əməliyyatların tamamlanması üçün möhlət verilməsini istəmişdi.



Xəbərin oxunma sayı : 385




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap