“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - VİDEO

Tarix 20.09.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının mövsüm başlamazdan əvvəl maliyyə vəsaiti əldə etməsinə imkan verən yeni mexanizm yaradılır.

Xezerxeber.az-ın məlumatına görə, məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. “Məhsul şəhadətnaməsi haqqında” yeni qanun layihəsinin hazırlanması aqrar sahədə yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərdə tutur. 

Başqa sözlə, fermer məhsul yetişməmişdən əvvəl elektron sistem üzərindən məhsul şəhadətnaməsi təqdim edərək bankdan, bank olmayan kredit təşkilatından və ya tədarükçüdən vəsait ala biləcək. Borc sonradan pul və ya yetişdirilən məhsulla ödəniləcək.

Məhsul şəhadətnaməsi adi arayış deyil, qiymətli kağız sayılacaq. Fermer borcunu ödəməzsə, bu sənəd icra sənədi kimi dərhal icraya yönəldilə biləcək.

Ancaq fermerdən asılı olmayan risklər də var. Quraqlıq, dolu, xəstəlik və digər səbəblər məhsuldarlığı azalda, bazarda qiymətlərin enməsi isə fermerin gəlirini aşağı sala bilər.

İqtisadçı Xalid Kərimli hesab edir ki, belə hallarda bütün borc yükünün fermerin üzərində qalması onu müflisləşdirə bilər.

Qeyd edək ki, layihə Milli Məclisin Aqrar siyasət komitəsində birinci oxunuşda müzakirə edilərək plenar iclasa tövsiyə olunub. Sənəd qəbul edilərək dərc olunarsa, üç ay sonra qüvvəyə minməsi nəzərdə tutulur.




Xəbərin oxunma sayı : 121




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap