“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Vardanyan və Harutyunyanla bağlı iddialar həqiqəti əks etdirmir” – Ombudsman

Tarix 19.09.26, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Ombudsman internet saytlarında sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətləri törətdikləri məhkəmə qaydasında sübuta yetirilərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bəzi erməni əsilli şəxslərin hüquqlarının təmini vəziyyəti ilə bağlı yayılmış iddialara münasibət bildirib.

AzFakt.com xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
“Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində erməniəsilli şəxslərlə, o cümlədən Ruben Vardanyanla həm ibtidai istintaq dövründə, o cümlədən məhkəmə prosesləri zamanı və məhkum olunaraq cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra da olduqları müəssisələrdə görüşlər keçirilmiş, onların hüquqlarının təmini vəziyyəti, saxlanma şəraiti və rəftar məsələləri davamlı monitorinq edilib.
Bu monitorinqlər beynəlxalq standartlara uyğun həyata keçirilmiş, insan hüquq və azadlıqlarının təmin olunması vəziyyəti daim diqqətdə saxlanılıb. Tərəfimdən, eləcə də Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən həyata keçirilən başçəkmələr zamanı həmin şəxslərə, o cümlədən R.Vardanyana öz ana dilində hüquqları izah edilib, MPQ-nin həkim üzvü tərəfindən səhhətlərinin mövcud vəziyyəti yoxlanılıb, onlara istəklərinə uyğun olaraq müvafiq nəşr vəsaitləri və öz ana dillərində qanunvericilik aktları təqdim edilib. Eləcə də, müraciətləri əsasında müxtəlif dillərdə çoxsaylı bədii ədəbiyyat kitabları onlara təqdim olunub”, - deyə bildirilib.
“Qeyd olunmalıdır ki, həmin şəxslərin hər birinin Ombudsmanın “916” Çağrı Mərkəzinə müraciət imkanı vardır, etdikləri hər bir müraciətə vaxtında və qanunamüvafiq reaksiyalar verilib.
Adıçəkilən məhkumların cəza çəkdikləri müəssisədə saxlanma şəraitlərinin müasir standartlara cavab verdiyi, həmin məhkumlara münasibətdə hər hansı bir ayrı-seçkilik hallarına yol verilmədiyi, beynəlxalq sənədlərdə və milli qanunvericilikdə təsbit olunmuş hüquq və azadlıqlarının, o cümlədən idman növləri ilə məşğul olmaları, gəzinti və asudə vaxtlarının təşkili ilə bağlı hüquqlarının təmin edildiyi tərəfimizdən keçirilən ardıcıl başçəkmələr zamanı müşahidə olunur. Qeyd olunmalıdır ki, cəzaçəkmə müəssisələrinə köçürüldükləri zaman hesablarında vəsaitin olmamasına baxmayaraq, ailə üzvləri ilə telefon danışıqları, informasiyaya çatım imkanları məhdudiyyətsiz təmin olunub.

Eləcə də, adıçəkilən məhkumların notariat və tibbi xidmətlərlə də bağlı müraciətlərinin də qanunvericiliyə uyğun təmin olunduğu tərəfimizdən müşahidə edilib.

Sonuncu dəfə notariat xidməti ilə bağlı Araik Harutyunyanın müraciəti icra olunub və başçəkmə gününə təsadüf etdiyindən Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən də bu xidmətin icra olunduğu yerində müşahidə olunub.
Bunlarla yanaşı, həmin şəxslər tərəfindən Ombudsmana ünvanlanmış əlavə tibbi müayinələrin keçirilməsi, ailə üzvləri ilə əlavə telefon danışıqları, özləri və vəkilləri tərəfindən ardıcıl olaraq dövlət qurumlarına müraciətləri ilə bağlı məsələlər təmin olunub.

Ombudsmanın müstəqil olaraq həyata keçirdiyi monitorinq və başçəkmələrin nəticəsi olaraq bildirmək istərdik ki, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətləri törətmələri məhkəmə qaydasında sübuta yetirilərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş həmin şəxslərin hüquqları hər hansı bir ayrı-seçkiliyə yol verilmədən təmin edilir. Bununla bağlı internet saytlarında adıçəkilən şəxslərin adından irəli sürülən iddiaların heç bir əsası yoxdur, həqiqəti əks etdirmir, qərəzli siyasi məqsədlərə xidmət edir”, - deyə məlumatda vurğulanıb.



Xəbərin oxunma sayı : 79




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap