“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Eks-deputatın oğlu fəhlələrə növbəti dəfə vəd verdi - işlədib, əmək haqlarını kəsir

Tarix 21.09.26, 22:10

Font ölçüsü : - / +
bitmap-img6


Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən “AzeriKarton” MMC-nin sabiq işçiləri növbəti dəfə redaksiyamıza müraciət edərək üzləşdikləri haqsızlıqlar və ödənilməyən əməkhaqqı problemləri barədə həyəcan təbili çalırlar.

Xəbər verdiyimiz kimi, keçmiş deputat, mərhum Fərhad Qəribovun oğlu Zöhrab Qəribovun rəhbərlik etdiyi “AzeriKarton” MMC-nin fəhlələri əməkhaqlarını ala bilmədikləri üçün avqust ayının sonlarında Musavat.com vasitəsilə aidiyyəti qurumlara müraciət etmişdilər.

Avqustun 28-də dərc olunan həmin materialdan sonra müəssisə rəhbərliyi fəhlələrlə əlaqə saxlayaraq problemlərin qısa zamanda həll ediləcəyini, 3 aylıq əməkhaqqı borcunun yaxın günlərdə tam ödəniləcəyini vəd etmişdi. Hətta sentyabrın 4-də və 11-də işçilərin kartlarına 2 aylıq rəsmi maaş köçürülmüşdü.

Lakin redaksiyamıza daxil olan yeni rəsmi ərizədən məlum olur ki, verilən vədlər yalnız hissəvi ödənişlə yekunlaşıb və problem tam həllini tapmayıb.

Şikayətçilər — Məhərrəmov Asim Vaqif oğlu və Məmmədov İman Arif oğlu, Cabbarov Emil Nazim oğlu və Ağayev Ramid Ramiz oğlu tərəfindən göndərilən müraciətdə bildirilir ki, məsələ mətbuatda işıqlandırıldıqdan sonra Zöhrab Qəribov şəxsən onlarla əlaqə saxlayıb. O, haqqında və mərhum atası barəsində yazılan xəbərlərin silinməsini tələb edib.

Buna baxmayaraq, bu günə qədər fəhlələrin 3-cü ayın rəsmi maaşı və qeyri-rəsmi əməkhaqları ödənilməyib. Ümumilikdə, təkcə bu iki şikayətçinin “AzeriKarton” MMC-dən 4.515 manat alacağı qalmaqdadır.

Şikayətçilər qeyd edirlər ki, bu müddət ərzində zavoddan heç bir vəzifəli şəxs onların vəziyyəti ilə maraqlanmayıb. Müraciətdə adı çəkilən Yalçın adlı şəxs, zavodun mühasibi Asəf bəy və Nəsirov Nizami Zöhrab Qəribovun ətrafına toplaşaraq Kürdəmir rayonunda özbaşınalıqla məşğul olurlar.

Məktubda diqqətçəkən məqamlardan biri də fəhlələrin mənzil şəraitində üzləşdiyi çətinliklərdir. İşçilərin bildirdiyinə görə, əməkhaqlarının verilməsində gecikmələr artıq ənənəvi hal alıb: “Bu 1 ildə hər zaman 2-3 ay gecikmələr ilə maaş almışıq. Sonuncu dəfə Zöhrab bəyin qohumu olan Yalçın adlı şəxs bizi Kürdəmir rayonunda kirayə götürülən mənzildən çıxardaraq bildirdi ki, zavod bağlanıb və sizin üçün tutulan kirayə evin pulunu biz verməyəcəyik. Zöhrab bəyin əmisi də həmin vaxt bizi bildirdi ki, Dövlət Qarabağda işləyən işçilərin əməkhaqlarını 5 aydır verə bilmir, siz də səbirli olun, hacan pulumuz olsa, maaşlarınızı verəcəyik”.

Fəhlələr ehtiyac içində qaldıqlarını, ailələrində xəstə və körpə uşaqların olduğunu bildirən şikayətçilər məcbur qalan kimi dövlət qurumlarına üz tutublar: "Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısının müavini Ağalı bəyin qəbul günündə yaxınlaşaraq bizə köməklik etməyi xahiş etdik. Ağalı bəy bizim əlaqə nömrələrimizi götürərək sizinlə əlaqə saxlanılacaq deyə bildirdi. Lakin bu günə qədər Ağalı bəyin və ya köməkçilərinin zənglərini gözləyirik. Kürdəmir Rayon Prokurorluğuna və Polis Şöbəsinə ərizə ilə müraciət etdik. Prokurorluqda Araz bəy məşğul olur, Polis Şöbəsində isə müstəntiq, polis mayoru Fuad Babayev və sahə müvəkkili Fuad Babayevin icraatındadır. Amma hər iki dövlət qurumunda bizə veriləcəyi heç bir məlumat yoxdur.
Bundan başqa, Rasim bəyin bizə dediyi `Kürdəmir rayonunda kimə şikayət edirsiniz edin, hər kəs Zöhrabla çörək yeyir, çay içir, gedin kimə nə istəyirsiniz deyin və şikayət edin` sözləri reallığa çevrilir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran Ucar regional şöbəsinə də ərizə ilə müraciət etmişik, amma hələ də bir nəticə yoxdur".

Qeyd edək ki, sabiq deputat Fərhad Qəribovun və oğlu Zöhrab Qəribovun adı mətbuatda ilk dəfə deyil ki, işçilərin haqqının mənimsənilməsi və maaş gecikmələri ilə gündəmə gəlir. Hələ illər öncə də zərərçəkən sürüclər və müxtəlif sahə işçiləri Zöhrab Qəribovun onları işlədib əməkhaqlarını vermədiyini bildirərək media vasitəsilə etirazlarını bəyan etmişdilər.
Atasının deputatlıq dövründən başlayan bu problemlər, görünür, bu gün də “AzeriKarton” MMC-nin fəhlələrinin timsalında davam edir.

Şikayətçilər Aidiyyəti Dövlət Qurumlarından, Baş Prokurorluqdan və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məsələni nəzarətə götürməyi və pozulmuş hüquqlarının bərpa olunmasını xahiş edirlər.



Xəbərin oxunma sayı : 322




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap