![]() |
|














Korrupsiya, narkotik istehsalı, talama: USAID bataqlığı qurudulur
Tarix 10.02.25, 9:06 |
|

Donald Tramp Ağ Evə qayıdışından sonra verdiyi qərarlarla gündəm yaratmaqda davam edir. Onun xarici ölkələrə yardımların 90 gün müddətinə dondurulması barədə sərəncamının ardınca, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə bağlı sərgilədiyi mövqe ciddi rezonans doğurub. Belə ki, təşkilat vasitəsilə ayrılan yardımlarla bağlı yoxlamalar aparılacaq. Söhbət 50 milyard dollara yaxın vəsaitdən gedir. Tramp USAID rəhbərliyində ifrat radikalların olduğunu bildirib.
AzFakt.com "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.
"Bu, sadəcə qurd topasıdır"
Ağ Ev rəhbərinin məlum tutumunun konturlarını Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini idarə edən İlon Maskın son açıqlamalarında görə bilərik. O bildirib ki, USAID-in ləğvi prosesi gedir, təşkilat bərpa oluna bilməz: "Bu, qurdlu alma deyil, sadəcə qurd topasıdır... Alma yoxdur, ona görə də, hər şeydən xilas olmaq lazımdır".
Mask təşkilatı bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə də ittiham edib. "Bilirsinizmi ki, USAID sizin vergi pullarınızdan istifadə edərək milyonlarla insanı öldürən COVID-19 da daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirib?", - Mask "X" sosial şəbəkəsində yazıb.
Məsələ ilə bağlı ABŞ Dövlət Departamentinin də mövqeyi birmənalıdır: "USAID proqramlarının əhəmiyyətli hissəsi ABŞ-nin əsas maraqlarına cavab vermir".
Dövlət katibi Marko Rubio bildirib ki, ABŞ yardımının yalnız 10-13%-i nəzərdə tutulan alıcıya çatır. "Qalanı isə əlavə xərclərə və bürokratiyaya gedib", - o bildirib.
Korrupsiya, narkotik istehsalı, talama
ABŞ mətbuatının məlumatına görə, agentlik korrupsiyada, yəni ehtiyacı olan ölkələrə və icmalara yardım proqramına yönəldilməli olan vəsaitlərin oğurlanmasında ittiham olunur. Milyarder Den Pena bildirib ki, kasıb ölkələrə vəd edilən pullardan onlara heç nə çatmır. Onun sözlərinə görə, bunu hamı bilir, amma heç kim danışmır.
USAID-in adı narkotik vasitələrin satışı və becərilməsində iştirakda da hallanır. Belə ki, USAID Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi verib. Mediada təşkilatın Soros Fondu tərəfindən maliyyələşən prokurorlar qrupuna 27 mln. dollar ayırdığı barədə də xəbərlər yayılıb.
Azərbaycan rəhbərliyinin uzaqgörənliyi
Qeyd edək ki, USAID uzun illər postsovet məkanı, eləcə də Cənubi Qafqazda müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışması, inqilablara sponsorluq etməsi ilə tanınıb. Təşkilatın destruktiv fəaliyyətinin nəticələri əvvəlki illərdə Azərbaycanda da hiss edilib. Lakin ölkə rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində bu təhdidlər minimallaşdırılıb və tamamilə aradan qaldırılıb. Elə bu səbəbdəndir ki, Bayden administrasiyası dönəmində Vaşinqtonla Bakı arasında münasibətlərdə narazılıqlar olub.
Bu baxımdan Azərbaycan rəhbərliyinin USAID-in taleyi ilə bağlı bir müddət əvvəl səsləndirdiyi fikirlər diqqət çəkir. Hələ keçən ilin dekabrında Prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib ki, yardım asılılıq yaratmamalıdır: "Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil. Zənnimcə, Tramp onu qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər".
Məsələ ilə bağlı xarici işlər naziri Ceyhun Bayramovun yanvarın ortalarında açıqladığı məqamlar da vurğulanmalıdır. Nazir bəyan edib ki, USAID-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil. O xatırladıb ki, 2000-ci ildən çərçivə sənədi mövcud idi: "Biz o sənədin müddəalarını və son illər ərzində icranın necə baş verdiyini təftiş etdik. Məlum oldu ki, onların fəaliyyəti Azərbaycanın istəyi və maraqları formatında deyil, ABŞ-nin Azərbaycanda gündəliyinin həyata keçirilməsinə xidmət edir".
Samanta Pauerlə Ruben Vardanyanı birləşdirən maraqlar
USAID-in anti-Azərbaycan fəaliyyəti tək ölkəmizdə daxili siyasi proseslərə müdaxilə ilə yekunlaşmır. Burada ən çox diqqəti cəlb edən məqam təşkilatın bu illər ərzində bir dəfə də olsun Ermənistanın Azərbaycana təcavüzünü pisləməməsi, bir milyondan çox qaçqının öz torpaqlarına qayıtması üçün səy göstərməməsi, hətta onlara bir manat da yardım ayırmamasıdır. USAID-in direktoru da ermənipərəst Samanta Pauerdir. O, dəfələrlə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini vaxtilə təhdid edən separatçılara dəstək verməsi ilə tanınır. Onun Qarabağda özünü "dövlət naziri" elan edən və hazırda Bakıda məhkəməsi keçirilən erməniəsilli rusiyalı milyarder Ruben Vardanyanla da sıx əlaqələri daim müzakirə mövzusu olub. Vardanyanın "Aurora" təşkilatının təsis etdiyi mükafatlardan biri məhz Samanta Pauerə verilib. Bu mükafat isə sadəcə çərçivələnmiş diplom demək deyil. Laureat bir milyon dollar məbləğində qrant alıb. Təbii ki, bu qrant Samantaya ermənipərəst mövqeyi, separatçılara dəstəyi müqabilində verilib.
Beləliklə, artıq hər bir istiqamətdə çərçivələri aşaraq hətta ABŞ-nin özünün maraqlarını təhdid halına gələn USAID ətrafında yaşananlar ciddi proseslərin xəbərçisi kimi də qiymətləndirilə bilər. Bu addımlar bədnam Bayden-Blinken cütlüyünün dünyada yaratdığı bataqlıq mənbələrinin qurudulması istiqamətində bir şans kimi görünür. Hər şey Tramp administrasiyasının qətiyyətindən və iradəsindən asılıdır.
Xəbərin oxunma sayı : 1006
Analiz
Xəbərlər
-
Hansı bölgələrdə insanlar içkiyə daha çox pul xərcləyiblər? - Rəsmi məlumat
-
5 aydır itkin düşmüşdü - Polis qətlə yetirildiyini müəyyən etdi
-
“Mən şəxsən Rəqsanə və əri ilə görüşüb pulları vermişəm” - Şikayətçi danışdı + VİDEO
-
Zəngəzur dəhlizi ilə bağlı tarixi addım - Dəmir yolunun təməli atılır
-
Britaniya 5 təşkilata sanksiya tətbiq edib - Rusiyaya sanksiyalardan yayınmağa kömək ediblər
-
Azərbaycanda 3 medal satışa çıxarıldı - FOTOLAR
-
Liftin şaxtasından mənzilə girdi - 13 823 manatlıq oğurluq etdi
-
Bakı metrosunun Müşahidə Şurasının tərkibi dəyişdi - Yeni təyinatlar
-
Prezident və birinci xanım Gəncəyə səfər etdi - FOTOLAR
-
Xəzərdəki bu ada Abşerona birləşəcək - AÇIQLAMA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Paytaxtın iki ünvanında avtobus zolağından minib-düşmə yeri yaradıldı - Fotolar
-
İki rayona prokuror təyin edildi - Baş prokuror Əmr imzalayıb
-
FHN filtr istehsalı sexinin fəaliyyətini dayandırdı - VİDEO
-
Putin Ərdoğana zəng etdi - Ukrayna ətrafındakı vəziyyət müzakirə olunub
-
Binəqədi İcra Hakimiyyətinin baş məsləhətçisi milyonluq obyektə sahibdir - SƏNƏD
-
Aqil Ələsgər İstanbulda mükafata layiq görüldü - FOTO/VİDEO
-
Çin-Hindistan gərginliyinə son: Tarixi normallaşma başlayır
-
Bir vəkilin fəaliyyətinə xitam verildi - Altısına xəbərdarlıq edildi
-
ABŞ 6000-dən çox tələbə vizasını ləğv edib - Dövlət Departamenti
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Bu qəzet fəaliyyətini dayandırdı - Əksər işçilər “Xalq“a keçdi
-
60 yaşlı kişi qətlə yetirildi - Bacısı oğlu saxlanıldı
-
İran dörd həftə ərzində nüvə silahı hazırlaya bilərdi - Tramp
-
Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir - Statistika
-
“Putin Zelenski ilə görüşə hazır deyil - “CNN“
-
35 min manat dəyərində günəş panelləri oğurlandı - 3 nəfər saxlanıldı
-
Bakıda ŞOK OLAY: Sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi DÖYDÜ
-
“10-a yaxın ölkə Ukraynaya qoşun göndərməyə hazırdır” - “Bloomberg”
-
Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı azaldı - SƏBƏB....
-
Hərbi Prokurorluqda yenilik - Etimad xətti yaradıldı
-
Ötən il 38 qızqaçırma olub - Bir ilin cinayətləri
-
Bakıda yeni tibb müəssisəsi inşa edilir - 26 milyona başa gələcək
-
Müğənni Rəqsanənin həbsinə dair iddialar: Aysun son nöqtəni qoydu - VİDEO
-
Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi - 35 şirkəti var
-
“Qarabağ“ın möhtəşəm qələbəsi - VİDEO
-
İxtisas seçimi başa çatdı - Ən çox rəqabət bu qruplardadır
-
Bakıda ən bahalı torpaq sahələri bu ərazilərdə satılır - VİDEO
-
Azərbaycan ət idxalını 18 faiz azaldıb - Komitə
-
Çempionlar Liqası: “Qarabağ“ “Ferentsvaroş“ səfərində inamlı qələbə qazanıb
-
Zelenski və Putin danışıqlar masasına oturmağa hazırdır - Ağ Ev
-
Aygün Kazımovadan yeni klip - Özü çəkilməyib
-
“Qəzza ilə bağlı danışıqlarda irəliləyiş var“ - Misir XİN
-
İki rayonda qaz fasilələrlə veriləcək - XƏBƏRDARLIQ
-
“Dalga Beach“də işləmiş bir qrup işçi maaşlarını ala bilmirlər - VİDEO
-
Avtobus dayanacağında antisanitar vəziyyət hökm sürür - VİDEO
-
Suqovuşan kilsəsinin sirri: Alban irsi üzərində erməni saxtakarlığı
-
Gəncədə 15 yaşlı oğlan qətlə yetirildi - Həmyaşıdı saxlanıldı
-
Nazirlik o görüntülərlə bağlı açıqlama yaydı - Həkim deyilmiş
-
Dünyada ən çox qızıl bu ölkələrdədir - Bəs Azərbaycan neçəncidir?
-
İşə düzəltmək adı ilə 100 minlik dələduzluq - Qazi həbs edildi
-
Vardanyanın məhkəməsində zərərçəkmişlər danışdı - Fotolar
-
“Özündən 10 dəfə böyük ölkə ilə münaqişəyə girməməlisən“ - Tramp
-
18 kq 500 qram narkotik vasitə aşkarlandı - DİN-dən əməliyyat
-
Prokurorluq estetik əməliyyat proseduru ilə bağlı yayılan görüntünü araşdırır - VİDEO
-
“Rusiya heç vaxt Krım, Donbas və ya Novorossiyanı ələ keçirmək istəməyib“ - Lavrov
-
Şagirdlərin elektron yerdəyişməsi: müddət uzadılıb
-
Azərbaycanın dövlət borcu ilə bağlı proqnoz AÇIQLANDI
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Ölkəyə mal gətirən sahibkarlardan nazirlik rəsmiləri pulu belə alıb - MƏHKƏMƏ İŞİ
-
Azərbaycana ən çox hansı ölkələrdən səfər edirlər? - Siyahı
-
“TamStore”də müştəriləri aldadırlar - İşə məhkəmə baxacaq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Magistraturaya boş qalan yerlərə 617 nəfər qəbul olunub - DİM açıqlama yaydı
-
Bakıda cütlük nişan günü ayrıldı - Film kimi məhkəmə
-
Qazla əlaqədar yeni sabit aylıq tarif olacaq - Nə vaxtdan tətbiq ediləcək?
-
Tramp Avropa liderlərini bu cür qəbul etdi - Fotolar böyük rezonans doğurdu
-
AFFA buna görə klublara pul ödəyəcək - MƏBLƏĞ
-
Əməliyyat zamanı daha bir biabırçılıq: Xəstənin çılpaq görüntüləri yayıldı – VİDEO
-
46 yaşlı kişi qətlə yetirilib - Qadın şübhəli qismində saxlanılıb
-
Zəngəzur dəhlizinin təhlükəsizliyini Ermənistan təmin edəcək - Paşinyan açıqladı
-
Bu şirkətin anbardarı həbs edilib - 50 minlik yeyinti
-
Tərtərdəki əməliyyatda həbs edilən məmur azadlığa buraxıldı - FOTO
-
“Avropa, NATO və Ukrayna ilə olan birlik qalib gəldi“ - Poroşenko
-
Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - QİYMƏTLƏR
-
20 minə yaxın abituriyent tələbə ola bilməyəcək - Açıqlama
-
Bakıda TV rəhbəri həbs edildi - Mətbuat katibinin şikayəti əsasında
-
Ev tikintisinə sərmayələr artdı: 7 ayda 1,5 milyard manat...
-
Zelenski Trampın xanımına təşəkkür etdi - Bunun üçün
-
Prodüser Emin Əfəndi Rusiyaya buraxılmadı - Milyarderin oğlunun toyuna gedirdi...
-
Tempratur 37 dərəcəyə qədər qalxacaq, bəzi yerlərdə yağış yağacaq - Sabahın havası
-
Azərbaycan Fransaya neft satışını bərpa edib - Ölkələrin siyahısı
-
Bakıda yataqxanada yanğın olub - Xəsarət alan var
-
İlham Əliyev Cared Koheni qəbul etdi - FOTOLAR
-
“Azərbaycan Dəmir Yolları“ QSC-də qalmaqal: tender anlaşması niyə pozulub?
-
Fövqəladə Hallar Nazirliyi Bakıda iki sexi bağladı - Video
-
“Boşanmıram, əl çəkin!“ - Model Diana Əhədpur (VİDEO)
-
Paşinyan Pezeşkiyanı belə qarşıladı – VİDEO
-
“Azyaşlı qızların belə davranışı qəbuledilməzdir” - Dövlət Komitəsi
-
İçərişəhəri avtobusla gəzə bilərsiniz - Gedişhaqqı 1 manat
-
Xocalı və Xocavənddə yanğına səbəb olan şəxs saxlanıldı - Rəsmi
-
“Belqraddakı iğtişaşlar “rəngli inqilab” cəhdinin tərkib hissəsidir“ - Vuçiç
-
“AS İnşaat” işçisi maaşsız qaldığını iddia edir: “May ayından bəri pulumu ala bilmirəm”
-
Paytaxtda torpaq bazarı alovlanır - Ən bahalı rayonlar - CƏDVƏL
-
Rusiya ABŞ vasitəsilə Ukrayna ilə ikitərəfli görüş tələb edib - Zelenski
-
İcra başçısı onlara vəzifə verdi - SİYAHI
-
Azərbaycanda körpə ölümləri ən çox bu rayonlarda qeydə alınıb - Siyahı
-
Sabunçuda qrunt suları ilə bağlı ayrılan vəsait tam xərclənməyib - Maliyyə Nazirliyi
-
Bakıda gənc qız iki dəfə evli olmuş 4 uşaq atası ilə qaçıb - TƏFƏRRÜAT
-
“Nə qədər ki, mən burdayam, Tayvana təhlükə yoxdur” – Tramp adaya təminat verib
-
İctimai yerdə dini ayin keçirənlər həbs edildi - FOTO
-
Şəhidlər xiyabanında qeyri-etik davranış sərgiləyən turistlər saxlanıldı - Cinayət işi açıldı + VİDEO
-
Bakıda 35, rayonlarda 36 dərəcə isti olacaq - Sabahın havası
-
“Müntəzəm qan verən şəxslərdə infarkt və insult riski 30-40% aşağı olur” - Səhiyyə Nazirliyi
-
Azərbaycanda süni göllər əvvəlki vəziyyətinə qaytarıla bilərmi? - VİDEO
-
Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi - FOTO
-
Maşınını binanın yanında saxladı, başına iş gəldi - VİDEO
-
Kəmaləddin Heydərov generalın oğluna vəzifə verdi - Naxçıvanda
-
Aygün Kazımovanın adından dələduzluq - VİDEO
-
Nikahsız qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb - Statistika
-
Zelenski bu gün Trampla, sabah Avropa liderləri ilə görüşəcək – Ukrayna lideri bəyanat yaydı
-
Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? - Tam siyahı
-
Bahalı universitetlərimiz - İllik təhsil haqqı nə qədərdir? + SİYAHI
-
“Aİ Trampın bugünkü görüşdə Zelenskiyə təzyiq göstərəcəyini gözləyir“ - WSJ
-
Daha bir əməliyyat İcbari Tibbi Sığortaya daxil edildi - VİDEO
-
İrandan Rusiyaya kahı aparanların yükündən marixuana çıxdı - Fotolar
-
Rusiya yenə SOCAR terminalını vurdu - “Shahed” tipli PUA ilə
-
Məşhur otel AQTA-nın cəriməsini ləğv etdirdi - 4 il sonra gələn məktub
-
Çin avtomobillərinin qiymətində ucuzlaşma: Səbəb nədir? (VİDEO)
-
“Sahil Transport” işçi axtarır - 1500-2000 manat maaş
TOP 10
ARXİV