“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi - FOTO

Tarix 18.08.25, 12:37

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 37001:2021 "Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartının dövri yoxlaması aparılıb. Nəticədə, ISO 37001:2025 beynəlxalq standartı əsasında yeni AZS ISO 37001:2025 "Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartı qəbul edilib.

Bu barədə AzFakt.com AZSTAND-a istinadən xəbər verir.

Qeyd edilib ki, bu standart rüşvətxorluq risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üçün vahid metodologiya təqdim edir, şəffaflığın təmin edilməsi və etik davranışların təşviqinə şərait yaradır.

Sözügedən yeni dövlət standartı "Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) konsensus əsasında qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd: AZS ISO 37001:2025 "Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartı "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq tələblərinin icrası məqsədi ilə qəbul edilib.
 





Xəbərin oxunma sayı : 658




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap