“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Avtobus dayanacağında antisanitar vəziyyət hökm sürür - VİDEO

Tarix 19.08.25, 22:24

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda sərnişinlərin rahatlığı üçün quraşdırılan müasir dayanacaqların bəzilərində vəziyyət ürəkaçan deyil. Vətəndaşların istidən və soyuqdan qorunması üçün nəzərdə tutulan pavilyonlar yararsız hala düşüb. Binəqədi rayonunda yerləşən belə dayanacaqlardan birində isə həm antisanitar vəziyyət hökm sürür, həm də əmlaka ciddi ziyan vurulub.

Xezerxeber.az-ın məlumatına görə, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən dayanacaq bəzən tüfeyli həyat tərzi sürənlərin məskəninə çevrilir.

Ərazidə ictimai nəqliyyatdan istifafə edən şəxslər deyir ki, içəridə oturacaqlar var, sərinləşdirici işləyir, amma onlardan istifadə edə bilmirlər.

Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, paytaxt ərazisindəki bütün dayanacaqlarla bağlı mütəmadi olaraq monitorinqlər aparılır. Eyni zamanda vətəndaşlardan daxil olan müraciətlər əsasında da yerlərdə pavilyonlara baxış keçirilir. Aşkar edilən nöqsan və çatışmazlıqlar aradan qaldırılır.  Müxtəlif zamanlarda kənar müdaxilələr nəticəsində pavilyonun konstruksiyaları və elementləri zədələnir və sıradan çıxarılır, bəzi hallarda isə müxtəlif şəxslər tərəfindən məqsədli şəkildə əmlaka ziyan vurulur. Dövlət əmlakına ziyanın vurulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət də olunur.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə bildirib ki, qeyd edilən məsələ ilə bağlı ərazi üzrə polis orqanında araşdırmalara başlanılıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət əmlakına zərər vuran, ictimai yerdə antisanitar vəziyyət yaradaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər həyata keçirilir.





Xəbərin oxunma sayı : 283




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap