“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Rusiya yenə SOCAR terminalını vurdu - “Shahed” tipli PUA ilə

Tarix 18.08.25, 9:34

Font ölçüsü : - / +
bitmap-img6


Putin Rusiyası Azərbaycan qarşı çirkin təxribatlarını davam etdirir. 

Ukrayna mətbuatının yaydığı məlumata görə, ötən gecə Rusiya PUA-ları Azərbaycanın SOCAR şirkətinin Ukraynadakı yanacaq terminallarını vurub. Məntəqə “Shahed” tipli PUA ilə vurulub. Həmçinin, Ukraynanın “Nova Poşta” terminalı da hücuma məruz qalıb.

Hücum Odessa vilayəti ərazisində baş verib və nəticədə böyük yanğın başlayıb.

Odessa vilayət administrasiyasının rəhbəri Oleq Kiper teleqram kanalında bildirib ki, xilasedicilər güclü yanğının qarşısını alıb.

Yaşayış binalarına da ziyan dəydiyi bildirilir. Hücumun nəticələri barədə hələlik rəsmi məlumat yoxdur.

Qeyd edək ki, bu, Rusiyanın Ukraynadakı SOCAR infrastrukturuna qarşı ikinci hücumudur. Bundan öncə, avqustun 6-na keçən gecə Rusiya ordusu Odessadakı SOCAR-ın neft bazasına da PUA-larla hücum edib.

Əlavə edək ki, Rusiya ilə Azərbaycan arasında məlum səbəblərdən gərginlik başlayana qədər SOCAR obyektlərinə bu cür hücumlar edilmirdi. Bu, bir daha mülki infrastrukturla “döyüşən” Moskvanın rəzilliyinin və alçaqlığının sərhəd tanımadığını göstərir.







Xəbərin oxunma sayı : 553




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap