“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bu qəzet fəaliyyətini dayandırdı - Əksər işçilər “Xalq“a keçdi

Tarix 20.08.25, 13:57

Font ölçüsü : - / +
bitmap-img6


"Respublika" qəzeti avqustun 18-dən fəaliyyətini dayandırıb.

Bu barədə Teleqraf-a qəzetin keçmiş baş redaktoru Hümbət Musayev məlumat verib.

Onun sözlərinə görə, fəaliyyətinə xitam verilən "Respublika" qəzetinin kollektivi bu həftədən "Xalq" qəzetinin redaksiyasına köçüb: "Mən burada baş redaktorun birinci müavini kimi çalışıram. İşçilərimizin əksəriyyəti artıq "Xalq" qəzetinin əməkdaşıdır. Yalnız bir neçə nəfər könüllü şəkildə işdən ayrılıb".

Keçmiş baş redaktor "Respublika"nın bütün əməkdaşlarının müxtəlif qurumlarda işlə təmin olunduğunu əlavə edib: "Bu həftədən hamı öz yeni iş yerindədir".

Qeyd edək ki, "Respublika" qəzeti 1990-cı ildə Nazirlər Kabinetinin mətbuat orqanı kimi təsis olunmuşdu.

1996-cı il martın 20-dən qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektivi idi.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il iyulun 7-də "Respublika” qəzeti və "Xalq qəzeti” redaksiyalarının birləşdirilməsi barədə fərman imzalayıb.



Xəbərin oxunma sayı : 259




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap