“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Rusiya ABŞ vasitəsilə Ukrayna ilə ikitərəfli görüş tələb edib - Zelenski

Tarix 19.08.25, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya ABŞ Prezidenti Donald Tramp vasitəsilə Ukrayna ilə ikitərəfli, sonra isə ABŞ ilə üçtərəfli görüş istəyib.

Bunu Ukrayna lideri Volodimir Zelenski Ağ Evdə müzakirələrdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Kiyev növbəti danışıqlar üçün şərt kimi atəşkəsdə israr etməyəcək.

"ABŞ Rusiya tərəfi ilə əlaqə saxladı və onlar hansı diplomatik addımların atıla biləcəyini müzakirə etdilər. Rusiya isə əvvəlcə Ukrayna ilə Rusiya arasında ikitərəfli, sonra üçtərəfli görüş təklif etdi. Bəli, dediyim kimi, biz liderlər səviyyəsində istənilən formata hazırıq. Ona görə də təsdiqlədim və bütün Avropa liderləri məni dəstəklədilər ki, biz ikitərəfli görüşə hazırıq", - Zelenski bildirib.

O vurğulayıb ki, Ukrayna üçün təhlükəsizlik təminatının təfərrüatları 10 gün ərzində işlənib hazırlanacaq, ərazilər məsələsi yalnız Rusiya Prezidenti Vladimir Putinlə müzakirə olunacaq.



Xəbərin oxunma sayı : 346




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap