![]() |
|














Azərbaycanın çoxvektorlu xarici siyasəti - Regional gücdən qlobal aktora
Tarix 15.05.25, 22:16 |
|

Azərbaycan Prezidenti İlham Əliyev mayın 15-də Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranada işgüzar səfərdədir.
AzFakt.com AZƏRTAC-a istinadən xəbər verir ki, son illərdə dünyada baş verən geosiyasi dəyişikliklər, regional münaqişələr və enerji təhlükəsizliyi ilə bağlı qlobal narahatlıqlar beynəlxalq münasibətlər sistemində yeni reallıqlar formalaşdırıb.
Belə bir mürəkkəb, çoxqütblü mühitdə müstəqil və çevik xarici siyasət yürütmək, milli maraqları qlobal səviyyədə səmərəli şəkildə müdafiə etmək hər bir dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu həm regional sabitliyin təmin olunmasında, həm də ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin praqmatik düşüncəyə və milli maraqların qorunmasına əsaslanan xarici siyasəti Azərbaycanı beynəlxalq müstəvidə mühüm uğurlara çatdırıb. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib ki, bu da geosiyasi qeyri-sabitlik dövründə xüsusi əhəmiyyət daşıyır. “Cənub Qaz Dəhlizi” kimi irimiqyaslı layihələrin reallaşdırılması Avropa üçün enerji təchizatının şaxələndirilməsinə və bu qitənin ölkələri ilə strateji tərəfdaşlığın dərinləşməsinə mühüm töhfə verib. Azərbaycanın strateji mövqeyi, zəngin enerji ehtiyatları, tarazlı və praqmatik diplomatik fəaliyyəti ölkəmizi qlobal əməkdaşlıqda mühüm tərəfdaşlardan birinə çevirib.
Azərbaycanın Albaniyada keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştirakı ölkəmizin çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun daha bir uğurudur. Bu iştirak Azərbaycanın Avropa qitəsində dialoq və əməkdaşlığa verdiyi önəmi və təşəbbüskar mövqeyini bir daha nümayiş etdirir. Qeyd edilməlidir ki, ölkəmiz 2022-ci ildə Praqada keçirilən ilk toplantıdan etibarən Avropa Siyasi Birliyinin bütün sammitlərində fəal iştirak edir. Bu isə Azərbaycanın qarşılıqlı siyasi fəaliyyət və regional inteqrasiya üçün yeni platformalarda maraqlı tərəf olduğunu göstərir.
Məhz Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin bariz nümunəsi kimi tarixə düşdü, Azərbaycanın suverenlik və ərazi bütövlüyü uğrunda diplomatik mübarizəsində dönüş nöqtəsi oldu. 2022-ci ilin oktyabrında keçirilən Praqa sammiti, Avropa Siyasi Birliyi çərçivəsində ilk toplantı olmaqla yanaşı, Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən mühüm bir hadisəyə çevrildi. Prezident İlham Əliyev bu sammitdə Ermənistan, Fransa və Avropa İttifaqının Azərbaycana qarşı formalaşdırmaq istədiyi diplomatik tələləri peşəkar şəkildə neytrallaşdırdı. Onun qətiyyətli və ardıcıl mövqeyi nəticəsində Ermənistan və Fransa rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qaldılar. Bu, təsadüfi qərar deyildi, əksinə, Prezident İlham Əliyevin diplomatik arenada qurduğu çoxgedişli strateji kombinasiyanın nəticəsi idi.
Şahmat terminologiyasına istinad etsək, Praqada Prezident İlham Əliyev geosiyasi “suqsvanq” vəziyyəti yaratmağa nail oldu. Yəni, qarşı tərəf istənilən addımı atsa belə, öz mövqeyini zəiflətmiş olacaqdı. Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın artan beynəlxalq nüfuzu və hüquqi əsaslara söykənən mövqeyi qarşısında ölkəmizin ərazi bütövlüyünü tanımağa və “Alma-Ata Bəyannaməsi”nə istinad etməyə məcbur oldular. Beləliklə, Azərbaycan Qarabağ bölgəsindəki separatizmin beynəlxalq dəstəklə leqallaşdırılması cəhdlərini diplomatik müstəvidə tam iflasa uğratdı. Bu diplomatik uğur münaqişənin həlli və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu.
Praqa sammitinin keçirildiyi dövrdə Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları hələ öz mövqelərində idilər. Lakin məhz həmin sammitdə qəbul edilmiş bəyanatlar Azərbaycanın öz suverenliyini tam bərpa etməsi üçün hüquqi və diplomatik baza yaratdı. Prezident İlham Əliyev burada da uzaqgörənlik nümayiş etdirərək, gələcək hadisələrin siyasi-hüquqi xəritəsini cızdı. 2023-cü ilin payızında Azərbaycanın antiterror tədbirləri nəticəsində suverenliyi tam təmin olundu və bunun ilkin zəmini məhz 2022-ci ilin oktyabrında Praqada qoyuldu.
Maraqlıdır ki, bu gün də bəzi rusiyalı politoloqlar, ekspertlər və Ermənistanın revanşist dairələri Praqa sammitində qəbul edilmiş sənədləri açıq şəkildə tənqid edirlər. Bu narahatlığın səbəbi aydındır, həmin sənədlər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini daha da gücləndirib və bölgədə separatizmə legitimlik qazandırmaq istəyən qüvvələrin manevr imkanlarını sıfra endirib. Revanşistlərə görə, Praqa sammitində Ermənistan rəhbərliyinin atdığı imzalar rus sülhməramlılarının bölgədən çıxarılmasını sürətləndirən başlıca hüquqi mexanizmə çevrilib.
Prezident İlham Əliyevin həyata keçirildiyi uğurlu xarici siyasət kursu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin sammitində iştirakı ölkəmizin xarici siyasətində davamlı uğurlarının və artan beynəlxalq nüfuzunun növbəti təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə həm Şərq, həm də Qərb istiqamətində uğurlu diplomatik fəaliyyət həyata keçirərək çoxvektorlu xarici siyasət modelini müvəffəqiyyətlə reallaşdırır.
Azərbaycanın xarici siyasət kursunun əsas xüsusiyyətlərindən biri tarazlı və praqmatik yanaşmadır. Bu siyasət nəticəsində ölkəmiz bir sıra nüfuzlu beynəlxalq tərəfdaşlarla əlaqələrini daha da dərinləşdirib. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat bunun bariz nümunəsidir. Bu sənəd iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir və Azərbaycanın Çin tərəfindən Cənubi Qafqazda etibarlı və stabil tərəfdaş kimi dəyərləndirildiyini təsdiqləyir.
Azərbaycanın uğurlu xarici siyasətinin daha bir mühüm istiqaməti isə qonşu ölkələrlə qarşılıqlı hörmətə əsaslanan münasibətlərdir. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın cari ilin aprelində Azərbaycana həyata keçirdiyi səfər ikitərəfli münasibətlərdə yeni səhifənin açılması ilə əlamətdar oldu. Bu səfər çərçivəsində əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər iki ölkə arasında etimadın artdığını, əlaqələrin qarşılıqlı maraqlar əsasında dərinləşdiyini göstərdi.

Digər tərəfdən, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas rol oynamağa davam edir. Hazırda ölkəmiz 10 Avropa dövlətinə təbii qaz ixrac edir. Cənub Qaz Dəhlizi və onun genişləndirilməsi üzrə görülən işlər Azərbaycanın enerji təchizatçısı kimi strateji əhəmiyyətini daha da artırır. Ölkəmizin enerji resursları yalnız iqtisadi deyil, həm də geosiyasi amil kimi çıxış edir və Qərb ilə tərəfdaşlığının əsas sütunlarından birinə çevrilib. Bu gün Avropa İttifaqı Azərbaycanın enerji siyasətini etibarlı, uzunmüddətli və dayanıqlı tərəfdaşlıq modeli kimi qiymətləndirir.
Azərbaycan, həmçinin mühüm nəqliyyat-tranzit layihələrinin həyata keçirilməsində önəmli rola malikdir. Xüsusilə Orta Dəhliz üzrə yükdaşımaların həcmi hər il artmaqdadır. Bu dəhliz Qərblə Şərqi birləşdirən mühüm marşrutdur və Azərbaycanın ərazisindən keçməklə regionlararası iqtisadi inteqrasiyanı təşviq edir. Bakı Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və digər bu kimi infrastruktur layihələri Azərbaycanın logistik imkanlarını artırmaqla yanaşı, ölkəmizi Avrasiya məkanında nəqliyyat qovşağına çevirir. Beləliklə, Azərbaycan təkcə enerji deyil, həm də nəqliyyat sahəsində etibarlı tərəfdaş kimi çıxış edir.
Bütün bu uğurlar Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, çevik və uzaqgörən xarici siyasətinin nəticəsidir. Azərbaycan beynəlxalq arenada öz sözünü deyən, güclü siyasi iradəyə və möhkəm diplomatik dayaqlara malik ölkə kimi qəbul olunur.
Azərbaycan –çoxqütblü dünya nizamında regional və orta güc modeli
Hazırda dünyada gedən proseslər və çoxqütblü dünya düzəninin formalaşmağa başladığı şəraitdə məhz orta güc dövlətlərinin mövqeləri və ümumi güc balansında rolu artmaqdadır. Artıq qlobal güclərlə yanaşı, öz regionlarında sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfələr verən, həmçinin qlobal gündəliyə təsir imkanına malik olan ölkələr də beynəlxalq münasibətlərin qurucularına çevrilir. Azərbaycan Respublikası da bu yeni reallıqda özünü müstəqil siyasət yürüdən, güclü milli iradəyə və strateji baxışa malik regional və orta güc kimi təsdiqləyib.

Azərbaycanın bu statusu təsadüfi deyil, məqsədyönlü siyasətin, iqtisadi, siyasi, hərbi və diplomatik sahələrdə illərlə aparılmış ardıcıl islahatların və qəbul olunmuş mühüm strateji qərarların nəticəsidir. Azərbaycan bu gün Cənubi Qafqazın ən güclü dövlətidir. Ölkəmiz yalnız coğrafi mövqeyi baxımından deyil, real güc elementlərinə görə də regionda liderdir. Ərazi bütövlüyünün hərbi-siyasi vasitələrlə bərpası və suverenliyin tam bərqərar olunması Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla yanaşı, həm də milli gücün bütün komponentlərinin sintez edilmiş şəkildə uğurla tətbiqinin bariz nümunəsidir.
Azərbaycanın siyasi sabitliyi, inkişaf etmiş enerji və nəqliyyat infrastrukturu, regional əməkdaşlıq təşəbbüsləri və qlobal məsələlərə konstruktiv yanaşması onun beynəlxalq nüfuzunu xeyli artırıb. Bu gün dünyanın müxtəlif güc mərkəzləri Bakının vasitəçilik imkanlarından da istifadə edirlər. Bu, həm Azərbaycan diplomatiyasına olan güvənin, həm də ölkəmizin balanslı və ədalətli mövqeyinin nəticəsidir.
Hazırda regionda Azərbaycanın iştirakı və razılığı olmadan hər hansı ciddi transregional layihənin icra edilməsi mümkünsüzdür. Bu, artıq həm region ölkələri, həm də beynəlxalq güclər tərəfindən qəbul edilmiş reallıqdır. “Bakı–Tbilisi–Ceyhan”, “Cənub Qaz Dəhlizi”, “Bakı–Tbilisi–Qars”, “Orta Dəhliz” kimi layihələrin əsas təşəbbüskarı və daşıyıcısı məhz Azərbaycandır. Bu təşəbbüslər təkcə iqtisadi deyil, eyni zamanda, siyasi sabitlik və regional inteqrasiyanı təmin edən platformalara çevrilib.
Azərbaycanın orta güc statusu yalnız regional çərçivədə deyil, qlobal səviyyədə təşəbbüsləri ilə də təsdiqlənməkdədir. Ölkəmiz qlobal ədalət prinsipinin müdafiəsində fəal mövqe nümayiş etdirən dövlətlərdən biri kimi tanınır. Azərbaycanın neokolonializmə qarşı mübarizədə və Qlobal Cənub ölkələrinin maraqlarının müdafiəsində tutduğu prinsipial mövqe, BMT platformasında bu istiqamətdə qaldırdığı təşəbbüslərlə yanaşı, müxtəlif bölgələrdəki ədalətsizliklər əleyhinə sərgilədiyi qətiyyətli yanaşma ölkəmizin beynəlxalq məsuliyyət daşıyan aktor olduğunu göstərir. COVID-19 pandemiyası dövründə vaksin millətçiliyinə qarşı çıxması, Türkdilli Dövlətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində göstərdiyi humanitar dəstək təşəbbüsləri isə Azərbaycanın qlobal həmrəylik və sosial ədalət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.
Bütün bu reallıqlar Azərbaycanı təkcə öz regionunda deyil, daha geniş coğrafiyada mühüm güc mərkəzlərindən biri kimi tanıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət kursu Azərbaycanın həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş, dialoq platforması və təşəbbüskar ölkə kimi çıxış etməsinə imkan yaradıb.
Xəbərin oxunma sayı : 1360
Analiz
Xəbərlər
-
Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Müştəri ilə tanış olmaq istədi, saxlanıldı - VİDEO
-
Kamran Əliyev Binəqədidə vətəndaşları qəbul etdi - FOTO
-
“İsrail atəşkəsi pozmazsa, İran ona əməl edəcək“ - Pezeşkian
-
Öz-özünə polkovnik rütbəsi veribmiş - Eks-rəisə 10 il həbs!
-
Əli Əsədov İqtisadi Şuranı topladı: nələr müzakirə olunub?- FOTOLAR
-
Azərbaycan-İran sərhədində radiasiya varmı? - BİRGƏ MƏLUMAT
-
Prezidentdən güzəştli mənzillərlə bağlı - Fərman
-
Sabunçu rayonunda yanğın - 22 nəfər təxliyə edildi
-
Ramin Deko, Natiq Cavadlı, Şəmşad Ağa... - Jurnalistlər haqqında daha bir qərar verildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Kirayə qaldığı həyətdən 10 minlik oğurluq etdi - Məhkəmə qərarı
-
Rusiya Dnepri ballistik raketlərlə vurub - 7 nəfər ölüb, 70 nəfər yaralanıb
-
Son 6 ildə Azərbaycanda ərzaq məhsulları nə qədər bahalanıb? - Siyahı
-
Dövlət buğdanı 400 manata alacaq - Baş nazirdən QƏRAR
-
NATO-nun ən bahalı sammiti başlayır - Dəqiqəsi 1 milyon avroya başa gələcək
-
Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var - İlham Əliyev
-
“Onlara uzunmüddətli kreditlər verilməlidir ki...“ - Siyavuş Novruzov
-
İran Səhiyyə Nazirliyi: İsrailin zərbələri nəticəsində 600 nəfər həlak olub
-
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib - XİN açıqladı
-
Sabuncu rayonunda qanunsuz tikinti aparan Namiq Məmmədov kimdri? - FOTO/VİDEO
-
Nişan mərasimində davaya görə 3 nəfər saxlanıldı - VİDEO
-
"Martin öz elədiyi əməlləri ört-basdır edir" - Dövlətə xəyanətdə təqsirləndirilən şəxs
-
İlham Əliyev Mingəçevirdə qəbullar keçirdi - FOTOLAR
-
Məktəbəqədər təhsillə bağlı qanuna dəyişiklik - Deputatlar təsdiqlədi
-
Regionlar üzrə ipoteka ilə ev almaqda hansı fərqlər var? - AÇIQLAMA
-
“Aktrisa həddini aşdı, yaxşıca döydüm” - Pərvin Abiyeva
-
Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirildi - Fotolar
-
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - Sabahın havası
-
Atəşkəs pozuldu - İran İsrailə raket zərbələri endirib
-
Dünən kartlardan 10 mindən çox pul oğurlanıb - DİN
-
Milli Məclis Ali Baş Komandanı təbrik etdi
-
Sumqayıtda yaşayış binasında yanğın oldu - VİDEO
-
Bayılda illərdir həllini tapmayan problem - VİDEO
-
“İsrail və İran tam atəşkəs barədə razılığa gəliblər” - Tramp
-
“Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır“ - İlham Əliyev
-
Saxta olduğu bildirilən olimpiada ətrafında qalmaqal böyüyür - VİDEO
-
“8 Noyabr” ölkəmizin ən böyük elektrik stansiyasıdır - İlham Əliyev
-
Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi - VİDEO
-
İsrailin Beer-Şeva şəhərində böyük dağıntılar var - FOTOLAR
-
Problemli kreditlərdən necə xilas ola bilərik? - VİDEO
-
Quru sərhədlər niyə bağlıdır? - Geosiyasi təlatümlərə qarşı strateji qərar
-
“ABŞ-nin İrana zərbələri Tehranı atom bombası yaratmağa sövq edə bilər“ - KİV
-
Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır - FOTO/VİDEO
-
“Grandmart”da müdir meneceri bıçaqladı - Müştərilərin narazılığına görə mübahisə ediblər
-
Dondurma alarkən bunlara mütləq diqqət edin - Şirin təhlükə
-
“ABŞ-nin İranın nüvə obyektlərinə hücumunun nəticələrindən narahatıq“ - Türkiyə XİN
-
“İmperator Hall“da toyda DAVA: Bəy tərəflər arasında qaldı
-
“Tramp təkcə İranla razılaşmalara deyil, eləcə də seçicilərinə xəyanət edib“ - Rəsmi Tehran
-
Kazinoların leqallaşması gündəmdə: Azərbaycan turizmi üçün yeni fürsət
-
Bakıda skuterlərdən gələn təhlükə - Nə etməli?
-
“Tramp heç vaxt “Nobel”i görməyəcək” - Medvedev
-
Dağlıq rayonlarda yağış yağacağı, şimşək çaxacağı gözlənilir - Sabahın havası
-
“İran hücumdan əvvəl zənginləşdirilmiş uranın böyük hissəsini Fordodan çıxarıb“ - “Reuters“
-
Rosqvardiyanın azərbaycanlı idarə rəis həbs edildi - Nə baş verib?
-
Dayısını bıçaqladıqdan sonra domino oynamağa gedib - CİNAYƏTİN TƏFƏRRÜATI
-
“Yaxın Şərqdəki vəziyyətdən narahatıq“ - Qazaxıstan XİN
-
25 il vəzifədə çalışan şəxs məhkəmədə həbs edildi - 850 minlik kredit ayıracaqmış...
-
Bu çörək şirkəti vətəndaşların həyatı ilə oynayır - FOTO
-
İranın nüvə obyektləri yaxınlığında radiasiya səviyyəsində artım qeydə alınmayıb - MAQATE
-
Nikahlar artır, boşanmalar azalır: səbəblər nədir?
-
30 min dollarlıq tender dələduzluğa - “Paradise M“ MMC
-
“Məni tapança ilə öldürmək lazımdır“ - Nazimdən maraqlı şərh (VİDEO)
-
İrandan qisas hücumu - 30 raketlə 10 fərqli hədəf vurulub + VİDEO
-
Sənətçinin intim görüntüləri çəkilib? - Şok iddia - Video
-
Nüvə obyektlərinə hücum uzunmüddətli nəticələrə səbəb olacaq - İran XİN
-
Axundun qaçırdığı 16 yaşlı qız danışdı - VİDEO
-
Prezidenti Administrasiyası rəsmilərinin qəbul günləri - CƏDVƏL
-
“Nüvə sektorunu inkişaf etdirməyə davam edəcəyik“ - İran Atom Enerjisi Təşkilatı
-
Azərbaycanda oynaq xəstəlikləri: Hansı yaş qrupları risk altındadır?
-
İranda radiasiya təhlükəsi - Əhalini bu əraziləri tərk etməyə çağırdılar
-
Qadın sahibkarla icra hakimiyyəti arasında gərginlik - VİDEO
-
ABŞ İranın 3 nüvə obyektini bombaladı - “Fordodakı nüvə obyekti tam məhv edilib” + VİDEO
-
37 kənddə qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Jurnalist olduğunu deyən xanım məhkəmədə həbs edildi - Tanışını nazirliyə işə düzəldəcəkmiş…
-
“Azərbaycan Suriyaya humanitar yardımı davam etdirəcək“ - Ceyhun Bayramov
-
İftixar Qurbanov işdən çıxarıldı - Yerinə tanınmış həkim təyin edildi
-
DTX-nin saxladığı eks-icra başçısı həbs olundu - 4 ay
-
Səhnədə azyaşlı qızı başından tutub qaldırdı - VİDEO
-
Azərbaycan turizminin gələcək açarı: Kazino sənayesi leqallaşdırılsa, bunlar baş verəcək
-
Tələbə sayı 75 min nəfərə qaldırılır - Ekspert detalları açıqladı
-
İlham Əliyevin müraciəti BMT sənədi kimi yayılıb - Açıqlama
-
“Qarabağ” regionun ən böyük klubudur” - Yeni transfer
-
Azərbaycanda quş qripi aşkarlanıb? - RƏSMİ
-
Deputatlar daha 12 qanuna dəyişiklik edəcək - SİYAHI
-
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
-
Bəşər Əsədin əmisi oğlu saxlandı - Ağır cinayətlərdə ittiham olunur
-
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var - Pulu xidməti otağında veribmiş
-
Musa Şəkiliyevin övladları hansı işlə məşğuldur? - Şirkətlər, restoranlar...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank iki günlük məzənnəni açıqladı
-
“İran qalib gələcək, Türkiyə və İslam dünyası İranın yanındadır“ - Ərdoğan
-
Azərbaycanda əhali gündə nə qədər ət yeyir? - Rəsmi statistika
-
Məmurlarımız Şimali kiprdən saxta diplom alıb? - ŞOK İDDİA
-
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
-
“Sumqayıt Hospital“ın həkimi Elçin Yaqubovdan şikayət: “Ayaq vətərlərimi kəsib...“
-
Musa Şəkiliyev vəzifəsindən azad edildi - Sərəncam
-
Qadınlara qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüləri SAXLANILDI
-
“ABŞ-nın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq“ - İran XİN
-
Bu sayt və qəzetlərə pul ayrıldı - SİYAHI
-
Şuşa şəhərində görülmüş işlərin təəssüratı altındayam - Fransa səfiri
-
“Ali məktəblərdən qoparılan milyonlar...” – Sabiq deputat naziri ittiham etdi
-
“Hazırda regionun yeni bir müharibəyə dözümü yoxdur“ - Ərdoğan
-
Müğənni Arzuxanımın qanında narkotik aşkarlanıb? - Polisdən açıqlama
-
Göyçayda binanın üzlük daşları qoparaq tökülür - VİDEO
-
İranla bağlı bütün qərarları prezident verəcək - ABŞ vitse-prezidenti
-
Naxçıvan Konstitusiyasında nələr dəyişir? - Komitə sədri açıqladı
-
“Yaşayış minimumu haqqında” qanuna dəyişdi - Deputatlar “hə“ dedi
-
Binaların damındakı su çənlərinin götürülməsi gözləntiləri doğrultdu? - VİDEO
-
Elektrik enerjisi ilə bağlı yeni qanun qəbul edildi - Nələr olacaq?
-
Azərbaycanda ən çox qazanan müğənnilər - SİYAHI
-
Çimərliklərdə bu qaydalara əməl edin! - VİDEO
-
“Molla mənim yaşımdadır, qızım geri qaytarılsın“ - Yeniyetmənin atası
-
“İndi bunu tələb etmək çətin olacaq” - Tramp
-
Əli Əsədov mühasiblərlə bağlı qərar verdi - Dəyişiklik
-
Ev tikdirmək istəyənlərə xəbərdarlıq - Daha da bahalaşacaq
-
Putin rus əsgərlərin qatilinə çevrilib - Sibiqa
-
Son günlər sahibsiz itlərin insanlara hücumu çoxalıb - VİDEO
-
“ABŞ İrana zərbə endirməyə hazırlaşır“ - Vuçiç
-
Əmircan qəsəbəsinin yığılıb qalan su prolemi - VİDEO
-
Şirkətin borcu 13 milyon manatı ötdü - Sahibkara “stop“ qoyuldu
TOP 10
ARXİV