“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Zelenski Trampın xanımına təşəkkür etdi - Bunun üçün

Tarix 19.08.25, 13:07

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin birinci xanımı Melania Trampa təşəkkür edib.

Zelenski sosial şəbəkə hesabından paylaşım edərək, Melania Trampın Rusiya Prezidenti Vladimir Putinə müharibə səbəbilə uşaqların yaşadığı faciəyə diqqət çəkən məktub göndərməsini xatırladıb:“Bu müharibənin ən acı və ən çətin məsələlərindən biri olan Rusiya tərəfindən qaçırılan ukraynalı uşaqlar mövzusuna göstərdiyi diqqət üçün ABŞ-nin birinci xanımı Melania Trampa təşəkkür etmək istəyirəm. Onun mərhəmətini və Putinə yazdığı məktubu dərin hörmətlə qarşılayırıq".

Zelenski vurğulayıb ki, ən azı 20 min uşaq Rusiyaya aparılıb və bu, müharibənin yaratdığı insani faciənin mərkəzində dayanır. O əlavə edib ki, xanımı Olena Zelenska da Melania Trampa təşəkkür məktubu yazaraq onu ABŞ Prezidenti Donald Trampa çatdırıb.

Prezident bildirib ki, qaçırılan uşaqların hamısını evlərinə qaytarmaq üçün çalışırlar. 

Paylaşımının sonunda Zelenski Avropa Komissiyasının Prezidenti Ursula von der Leyeni etiketləyib və ABŞ Prezidenti Donald Trampın “dünya üzrə itkin düşən uşaqlar” mövzusunda ortaq səylərə diqqət çəkən paylaşımını sitat gətirib.



Xəbərin oxunma sayı : 376




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap