“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Hindistanın şirkəti Rusiya neftinin alışını bərpa edib - Trampa verilən vədi pozdu

Tarix 25.12.25, 11:18

Font ölçüsü : - / +
bitmap-img6


Hindistanın iri enerji şirkəti “Reliance Industries” Rusiya neftinin alışını yenidən bərpa edib.

Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, “Reliance” Rusiyadan nefti endirimli qiymətlərlə və sanksiyalara məruz qalmayan tədarükçülərdən alır. Alınan xammal şirkətin Qucarat ştatının Camnagar şəhərində yerləşən neft emalı zavoduna yönəldilir.


Qeyd olunur ki, “Reliance” ABŞ-nin oktyabr ayında Rusiyanın “Rosneft” və “Lukoyl” şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsindən sonra Rusiya yanacağının alışını müvəqqəti dayandırmışdı. Hazırda isə şirkət sanksiyalara düşməyən tərəfdaşlar vasitəsilə idxalı davam etdirir.

“Reliance”in Camnagardakı əsas neft emalı zavodunun gücü sutkada 660 min barrel təşkil edir və əsasən Hindistanın daxili bazarını təmin edir. Bununla yanaşı, şirkət eyni ərazidə yerləşən, sutkada 700 min barrel gücündə olan ikinci NQZ-ni də idarə edir ki, bu müəssisə əsasən ixrac yönümlüdür.

Mövzu Hindistan–ABŞ münasibətləri kontekstində də diqqət çəkir. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Hindistanın Baş naziri Narendra Modinin Rusiya neftinin alınmasından imtina etməyə razılaşdığını bildirmişdi.

Eyni zamanda, oktyabrın sonunda “Reuters” agentliyi Hindistanın dövlətə məxsus “Indian Oil Corp” şirkətinin də Rusiya neftinin alışını bərpa etdiyini yazmışdı. Lakin məlumatda vurğulanırdı ki, alışlar yalnız sanksiyalara məruz qalmayan Rusiya şirkətləri vasitəsilə həyata keçirilir.



Xəbərin oxunma sayı : 103




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap