“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirilib - Ədliyyə Nazirliyi açıqlama yaydı

Tarix 23.12.25, 18:35

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirilib.

AzFakt.com APA-ya istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 1955-ci il təvəllüdlü (70 yaşlı), hazırda məhkum olan Vaqif Xaçaturyanın səhhətində dekabrın 22-də pisləşmə müşahidə edilib, təngnəfəslik və ürək nahiyəsində ağrıları yaranıb.

Yeni Klinikanın Reanimasiya şöbəsinin müdiri, TƏBİB-in İcraçı direktorunun müşaviri Emil Qasımov deyib ki, 70 yaşlı kişi xəstə 23 dekabr 2025-ci il tarixində gecə saat 00:30-da Yeni Klinikanın Reanimasiya şöbəsinə ciddi dərəcədə ağır aortal stenoz, orta dərəcəli mitral stenoz və xroniki ürək çatışmazlığının dekompensasiyası fonunda inkişaf etmiş ağciyər ödemi və ağır tənəffüs çatışmazlığı diaqnozu ilə kritik vəziyyətdə qəbul olunub.

Emil Qasımov bildirib ki, Reanimasiya şöbəsində aparılan müalicə tədbirləri, o cümlədən dərman müalicəsi, maye balansının tənzimlənməsi və qeyri-invaziv süni tənəffüs dəstəyi nəticəsində müsbət dinamika müşahidə olunub:
“Hazırda xəstə kritik həyati təhlükə mərhələsindən çıxmış hesab olunur, lakin vəziyyəti hələ də ağır olaraq qiymətləndirilir. Reanimasiya şöbəsində intensiv nəzarət altında müalicəsi davam etdirilir”.



Xəbərin oxunma sayı : 91




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap