“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

İş günlərinin yerləri dəyişməyib - “Həftəsonu məktəblərdə dərs olmayacaq“

Tarix 24.12.25, 14:12

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi təhsil müəssisələrində dekabrın 27-28-də dərs günü olacağı ilə bağlı məlumatlar yayılıb. Hətta təhsil ocaqlarında bir neçə müəllim belə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramları ilə əlaqədar 29 və 30-u tarixlərinin qeyri-iş günü olacağını iddia ediblər.

AzFakt.com xəbər verir ki, bəzi valideynlər onlara məktəblərdə və universitetlərdə iş günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən xəbərdarlıq edildiyini bildiriblər.

Məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin mətbuat xidmətindən bildirildi ki, yayılan məlumatlar həqiqətəuyğun deyil: “Nazirlər Kabineti tərəfindən iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qərar olmadığı üçün dərs və istirahət günlərinin yerinin dəyişdirilməsi nəzərdə tutulmur. Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur”(qafqazinfo).

Qeyd edək ki, Azərbaycanda 31 dekabr - 4 yanvar qeyri-iş günləridir. Yanvarın 5-i gələn ilin ilk iş günüdür.



Xəbərin oxunma sayı : 100




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap