“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Smartfonlar Azərbaycana bu ölkələrdən gətirilib - SİYAHI

Tarix 25.12.25, 12:57

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar–oktyabr aylarında Azərbaycan xarici ölkələrdən ümumilikdə 1 milyon 81 min 332 ədəd smartfon idxal edib. Bu telefonların ümumi dəyəri 344 milyon 206,6 min dollar təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən smartfonların miqdarı 7,3% (84 min 953 ədəd) azalıb. Lakin buna baxmayaraq, idxalın ümumi dəyəri 14% artıb. Belə ki, bir smartfonun orta gömrük dəyəri ötən il 278 dollar olduğu halda, bu il 318 dollara yüksəlib.

Azərbaycana smartfon idxalında Çin əsas paya malikdir. İlk 10 ayda bu ölkədən 863 min 707 ədəd smartfon gətirilib. Onu Vyetnam (205 min 315 ədəd) və Hindistan (11 min 439 ədəd) izləyir. Ən az smartfon isə ABŞ və Bolqarıstandan idxal olunub – hər iki ölkədən cəmi 1 ədəd telefon gətirilib.

Orta gömrük dəyərinə görə ən baha smartfonlar Almaniya (2 077 dollar) və Yaponiyadan (1 125 dollar) idxal edilib.

Qeyd edək ki, ABŞ-nin “Apple” şirkəti 9 sentyabrda “iPhone 17” modellərini təqdim edib, sentyabrın sonundan etibarən isə bu smartfonların Azərbaycanda satışına başlanılıb. Bu amil də smartfon idxalının dəyərinin artmasına təsir göstərən səbəblərdən biri kimi qiymətləndirilir.



Xəbərin oxunma sayı : 115




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap