“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Gecə 3-də qonşusunun evinə qanunsuz girdi - Bu cəza verildi

Tarix 24.12.25, 12:17

Font ölçüsü : - / +
bitmap-img6


Şəkidə qonşusunun evinə qanunsuz şəkildə daxil olan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, rayonun kəndlərindən birində yaşayan 1994-cü il təvəllüdlü Sübhan Kərimov (şərti soyadlı) barəsindəki cinayət işinin materialları rayon məhkəməsinə göndərilib. O, Cinayət Məcəlləsinin 157-ci (Mənzil toxunulmazlığının pozulması) maddəsi ilə təqsirli bilinib.

Qeyd edilib ki, hadisə bir neçə ay əvvəl gecə saat 03 radələrində baş verib. Həmin vaxt Sübhan sərxoş halda evlərindən 150 metr uzaqlıqda yerləşən Nazlı Məmmədovanın (şərti ad-soyadlı) yaşadığı evə girib. Belə ki, həyət darvazasının bağlı olduğunu görən Sübhan daş hasardan keçərək həyətə, daha sonra evin qapısını sındıraraq mənzilə daxil olub.

Bu zaman qadın və oğlu yuxudan oyanıb və qonşuluqda yaşayan Sübhanı tanıyıblar.

Şəki Rayon Məhkəməsinin hökmü ilə ona 6 ay islah işləri cəzası verilib.



Xəbərin oxunma sayı : 118




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap