“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Dünyanın ən zəngin ailələrinin adları açıqlandı - SİYAHI

Tarix 09.12.22, 12:25

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Məhəmməd bin Zayed Əl Nəhyanın ailəsi dünyanın ən varlıları kimi tanınır.

Bildirilir ki, onun sərvətinin əsasını enerji ticarətindən əldə edilən gəlirlər, eləcə də müxtəlif şirkətlərə və daşınmaz əmlak bazarlarına sərmayə qoyuluşu da daxil olmaqla səriştəli investisiya siyasəti təşkil edir. Əl Nahyanın sərvəti təxminən 300 milyard dollar dəyərindədir.

Əbu-Dabi ailəsi maliyyədən robototexnikaya qədər müxtəlif sahələrdə 27.000-dən çox işçisi olan "Royal Group”un sahibidir. Ailə İngiltərənin "Mançester Siti” futbol klubunda, İlon Maskın "SpaceX” şirkətində və Rihannanın "Savage x Fenty” moda evində pay sahibidir.

Reytinqin ikinci pilləsində sərvəti 224,5 milyard dollar dəyərində qiymətləndirilən "Walmart” mağazalar şəbəkəsinin sahibləri amerikalı Uolton ailəsi qərarlaşıb.

"İlk beşliy”ə həmçinin, şirniyyat şirkətinin təsisçiləri Mars ailəsi (160 milyard dollar), "Koch Industries” qənnadı şirkətini idarə edən Kox ailəsi (128,8 milyard dollar) və Səudiyyə Ərəbistanı kral ailəsi (105 milyard dollar) də daxildir.//oxu.az



Xəbərin oxunma sayı : 781




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap