“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Dünya okeanında suyun səviyyəsi qalxır - Xəbərdarlıq

Tarix 12.06.26, 13:01

Font ölçüsü : - / +
bitmap-img6


Yer kürəsindəki bütün buzlaqların tam əriməsi Dünya okeanının səviyyəsinin 150 metr qalxmasına səbəb ola bilər, lakin yaxın əsrlərdə belə bir ssenari gözlənilmir.

Bu barədə "RIA Novosti"yə Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun (AETİ) elmi əməkdaşı Anna Kozaçek məlumat verib.

"Tədqiqatçıların hesablamalarına görə, planetin bütün buzlaqları tam əriyərsə, dəniz səviyyəsi 60 metr qalxa bilər. Suyun istilik genişlənməsi nəzərə alınmaqla isə bu rəqəm 150 metrə çata bilər", - deyə Kozaçek bildirib.

Eyni zamanda ekspert vurğulayıb ki, belə bir fəlakətli ssenarinin yaxın bir neçə əsrdə reallaşacağını gözləmək lazım deyil. Bununla yanaşı, o, qlobal su səviyyəsinin yüksəlmə prosesinin artıq getdiyini qeyd edib. Alimin sözlərinə görə, 1900-cü ildən bəri səviyyə təxminən 25 sm artıb, hazırkı artım sürəti isə orta hesabla ildə təxminən 3 mm təşkil edir.

Məlumata görə, fevralın 25-də "The Guardian" nəşri "Nature Ecology & Evolution" elmi jurnalına istinadən xəbər verib ki, Dünya okeanında temperaturun sistematik artması dəniz canlılarının populyasiyasının azalmasına gətirib çıxarır. İspaniyadakı Milli Təbiət Elmləri Muzeyinin əməkdaşı Şahar Çaykinin sözlərinə görə, temperaturun dəyişməsi "dəniz həyatının azalmasına doğru heyrətləndirici və son dərəcə narahatedici tendensiyanı" nümayiş etdirir.



Xəbərin oxunma sayı : 271




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap