“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Bu toyuqlar bizdə “kənd toyuğu“ adı ilə satılır - ŞOK

Tarix 15.01.25, 19:17

Font ölçüsü : - / +
bitmap-img6


 “Keçən ilin 10 ayı ərzində Rusiyadan ölkəmizə 10 min ton toyuq əti gətirilib, damazlıq və yumurtalıq toyuq. Bunlar bizə qida dəyərini itirmiş toyuq kimi gətirilib. Ölkəmizdə damazlıq toyuqlar broyler adı ilə, yumurtalıq toyuqlar isə "kənd toyuğu" adı ilə satılır”.

Bu fikirləri Musavat.com-a qida mütəxəssisi Yusif Həkim bildirib. “Məsələ bu toyuqların istehlak üçün istifadəsinin ziyanından getmir. Beynəlxalq standartları bilən şəxslər məlumatlıdır ki, "food safety" və "food fraud" ayrı terminlərdir. Məsələ əsasən "food fraud" terminini əhatə edir. Amma qida təhlükəsizliyi məsələsi də bütün qidalarda olduğu kimi bu toyuqlarda da risk olaraq qalır. Rusiyada 25% qiymət artımına, 160 min ton toyuq ətinin idxal rüsumundan azad edilməsinə və ixracın 6 ay məhdudlaşdırılmasına baxmayaraq keçən ilin 10 ayı ərzində ölkəmizə Rusiyadan 10 min tondan çox "toyuq əti" ixrac edilib. Görəsən bu toyuqlar bu qədər xeyirlidirsə, niyə Rusiya öz daxili bazarını onunla təmin etmirdi?”, deyə mütəxəssis əlavə edib.

Ekran şəkli 2025-01-15 154539.png (190 KB)


Yusif Həkim bildirib ki, 100-dən çox araşdırmada  yumurtadan kəsilən toyuqların əsasən hansı məqsədlə istifadə edildiyi açıqlanıb: “Qısa olaraq bildirim ki, yumurtadan kəsilən toyuqlar əsasən kompost və heyvan yemi (renderinq prosesindən sonra) kimi istifadə edilir. Bunun insan üçün nə dərəcədə zərərli olduğunu özünüz təsəvvür edin”.



Xəbərin oxunma sayı : 733




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap