“Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO Günel Nəfəs barədə: “Başından böyük danışma!“ “Sevgisiz mümkün deyil“ - Aygün Kazımova
Axtar
 
  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

  • / Maqazin / — 10 Fevral 2024

    Günel Nəfəs barədə: “Başından böyük danışma!“

  • / Maqazin / — 03 Fevral 2024

    “Sevgisiz mümkün deyil“ - Aygün Kazımova

  • / Maqazin / — 06 Yanvar 2024

    “Sevəcəyim şəxs minimum milyonçu olmalıdır“ - Roza Zərgərli

  • / Maqazin / — 05 Yanvar 2024

    Azərbaycanlı model Dubayda ərə getdi - FOTOLAR

Azərbaycanda ət istehsalı azalıb - Komitə

Tarix 17.11.23, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


2023-cü ilin yanvar-oktyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 485,4 min ton ət, 1864,5 min ton süd, 1832,5 milyon ədəd yumurta, 15,1 min ton yun, 357,0 ton barama istehsal olunub.

2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 10,5 faiz, barama istehsalı 4,6 faiz artıb, yun istehsalı isə 3,0 faiz azalıb.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3 faiz, bitkiçilik məhsulları üzrə isə 2,7 faiz artıb.
Kənd təsərrüfatı bitkilərinin yığımı davam edir və noyabr ayının 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3172,6 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8 faiz çox dənli və dənli paxlalı bitkilər, 989,3 min ton (4,0 faiz az) kartof, 1753,6 min ton (1,4 faiz çox) tərəvəz, 438,2 min ton (6,5 faiz az) bostan məhsulları, 1084,5 min ton (2,4 faiz çox) meyvə və giləmeyvə, 217,5 min ton (6,3 faiz çox) üzüm, 1102,4 ton (15,5 faiz çox) yaşıl çay yarpağı, 29,2 min ton (2,5 faiz çox) günəbaxan, 125,1 min ton (18,6 faiz az) şəkər çuğunduru, 4,2 min ton (12,2 faiz çox) tütün və 168,9 min ton (15,1 faiz az) pambıq yığılıb.

Təsərrüfatlarda 2024-cü ilin məhsulu üçün müvafiq işlər görülür. Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 881,7 min hektar sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 369,9 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Ondan 189,1 min hektarı buğda, 180,7 min hektarı arpa və 0,1 min hektarı çovdar təşkil edir.



Xəbərin oxunma sayı : 1036




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap