“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Araikin istefasında Rusiya-Fransa izi - Zülfüqarov Xankəndindəki vəziyyəti şərh etdi

Tarix 31.08.23, 17:11

Font ölçüsü : - / +
bitmap-img6


“Bölgədə siyasi böhran yaşanır. Bəzi erməni məmurlar bu şəraitdə köhnə siyasəti davam etdirmək istəyirlər. Onların bu siyasəti davam etməyə imkanları çox məhduddur. Hərçənd, absurd çağırışlar edirlər, insanları “acından ölməyə” səsləyirlər”.

Bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "musavat.com"-a Araik Arutyunyanın istefasını şərh edərkən bildirib. 

Diplomat hesab edir ki, böhran bir çox məqama aydınlıq gətirdi: “Araik özü də etiraf edib ki, üç çıxış yolu var: Azərbaycanın tərkib hissəsi olmaq; silahlı mübarizəyə başlamaq; Qarabağı tamamilə tərk etmək. “Hakimiyyətə” kimin gəlməsindən asılı olmayaraq, onlar Ermənistanın proksiləridir. Ermənilər arasında fikir ayrılığının yaranacağı istisna deyil. Onların arasında Azərbaycanla əlaqələri qurmaq, inteqrasiyaya qoşulmağı dəstəkləyən sağlam düşüncəli qrup yaranacaq. Bəllidir ki, hərbi xunta buna təzyiq edəcək. Qarşıdurmaya gətirib çıxaracaq vəziyyət də yarana bilər. Bu məqamda Azərbaycanın sağlam qüvvələrə dəstək verməsini istisna etmirəm. Əsas proses ondan ibarətdir ki, vaxtilə “Miatsum” layihəsindən uzaqlaşıb reallığı əks etdirən mövqe formalaşmalıdır. Proses xeyrimizə davam edir”.

T. Zülfüqarovun fikrincə, Vardanyan Kremlin layihəsi olsa da, o yeni konsepsiya həyata keçirmək istəyir: “Rusiyanın sülhməramlı kontingentinin beynəlxalq mandat alması üçün iş gedir. Fransanın bu məsələdə həvəsli olduğu hiss olunur. Onlar başa düşürlər ki, bölgəyə gəlib, burada qalmaq istəyirlərsə, rusların infrastrukturunu istifadə etməyə məcburdurlar. Vardanyanın bu istiqamətdə fəaliyyəti mövcuddur. Biz başa düşməliyik ki, Makron da daxil, siyasi elita bu istiqamətdə çalışır. Rusiya-Fransa yaxınlaşmasının qarşısını almalıyıq. Əminəm ki, buna qarşı çıxanlar da çox olacaq. ABŞ, Böyük Britaniya, hətta Çin də buna qarşı çıxacaq. Fransanın təklif etdiyi yol ondan ibarətdir ki, Rusiyada böhran davam etsə, bölgədən çıxsa, onları əvəz edən Türkiyə yox, Fransa yaxud Fransanın təsiri altında olan ölkə olsun. Vardanyan da bu məqsədə xidmət edir çünki onun sərvətinin mənbəyi çirkli pullardır. Onun partnyorları Rusiya elitası idi. Bu “fəaliyyətdə” ona həmçinin, satılmış Avropa siyasətçiləri -Lixtenşteyn, Lüksemburq dəstək verib. Odur ki, bu təhlükəni gözardı etmək olmaz”.



Xəbərin oxunma sayı : 649




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap