“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO

Tarix 17.09.26, 22:17

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda yol nişanlanmasına müəmmalı müdaxilə edilib. Hərəkətin intensiv olduğu paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qoşa xəttin bir hissəsi qara boya ilə qırıq xəttə çevrilib. Nəticədə sürücülər buradan dönməyə başlayıblar. Məqsəd  də ərazidəki müşahidə kameralarının sürücülərə cərimə yazmamasını təmin etmək olub.

Xezerxeber.az-ın məlumatına görə, tez-tələsik fırçanı qora boyaya batırıb, yoldakı qoşa xəttdən birini qırıq-qırıq ediblər.

Bir neçə dəqiqəlik işlə hərəkətin intensiv olduğu yolda sürücülər üçün həm çaşqınlıq, həm də real təhlükə yaradıblar.

Bütün olanlar isə ərazidəki təhlükəsizlik kameralarına düşüb.

Xətt vizual olaraq qırıq xətt təsiri yaratdığı üçün sürücülər də buradan dönməyin mümkün olduğunu düşünürlər. Hətta dönənlər belə var. Çəkiliş zamanı da bu vəziyyətin sürücüləri necə çaşdırdığı aydın görünüb.

Maraqlı məqam isə budur ki, bu müdaxilənin müşahidə kameralarının qarşısında edildiyi aydın görünür. Yəni xətti dəyişdirən şəxslərin öz hərəkətləri də kameraya düşüb. Digər sürücülər isə bunu edənləri birmənalı olaraq qınayıblar.

Yol hərəkətində bir xəttin belə dəyişdirilməsi isə sadəcə görüntü məsələsi deyil. Xüsusilə yüksək sürətin olduğu magistral yolda sürücünün yol nişanlanmasını səhv qiymətləndirməsi qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşma riskini artıra bilər.

Məsələ ilə bağlı Bakı Şəhər Yol Polisi İdarəsindən ``Xəzər Xəbər``ə bildirildi ki, faktı törədən 3 nəfər müəyyən edilib və istintaqa cəlb olunublar.





Xəbərin oxunma sayı : 73




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap