“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Yeni dələduzluq növü peyda olub - BELƏ ALDADIRLAR

Tarix 17.09.26, 19:41

Font ölçüsü : - / +
bitmap-img6


Sosial şəbəkələrdə yardım toplamaq adı altında süni intellekt texnologiyalarından istifadə etməklə həyata keçirilən yeni dələduzluq üsulu üzə çıxıb.

"İkinci əl əşyalar satılır" sosial media qrupunda İlmina Məmmədli adlı profil tərəfindən həyat yoldaşının ağır xəstə olduğu iddia edilərək dərman yardımı tələb olunub.

Paylaşımda qeyd olunub ki, II qrup əlil olan, gözləri görməyən və xroniki böyrək xəstəliyindən əziyyət çəkən şəxsin müalicəsi üçün dərmanları almağa maddi imkan çatmır. İnsanların kövrək hisslərinə toxunaraq yardım istəyən şəxs, eyni zamanda Səhiyyə Nazirliyinin blankında guya həkim Zöhrə Qənbərova tərəfindən İlkin Məmmədliyə yazılmış tibbi reseptin fotosunu da təqdim edib.

Lakin diqqətli sosial şəbəkə istifadəçiləri təqdim olunan reseptin tamamilə saxta və süni intellekt vasitəsilə generasiya edildiyini aşkar ediblər. Sənədin üzərində saxta olaraq 20.02.2020-ci il tarixinin qeyd edilməsi və şriftlərin süni intellekt məhsulu olması dələduzluq əməlini ifşa edib.

Sosial şəbəkə istifadəçiləri bu cür qanunsuz addımların və saxtakarlıqların həqiqətən yardıma, müalicəyə ehtiyacı olan xəstə insanlara ediləcək yardımların qarşısını aldığını vurğulayaraq vətəndaşları diqqətli olmağa çağırıblar./Yeni Sabah



Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap