“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Dubayda tutulmuşam“ deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı

Tarix 22.10.26, 19:17

Font ölçüsü : - / +
bitmap-img6


Dubaydan “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” gətirəcəyini vəd edərək iki nəfərdən 10 150 manat alan şəxsin barəsində cinayət təqibinə xitam verilib.

AzFakt.com Qaynarinfo-ya istinadla xəbər verir ki, 1991-ci il təvəllüdlü, Cəbrayıl rayonunun Quycaq kənd sakini olan şəxs zərərçəkmişlərə vurduğu ziyanı ödəyib və “Konstitusiya və Suverenlik ili” münasibətilə elan edilən amnistiya qərarı əsasında cinayət məsuliyyətindən azad edilib.

Məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünü Taleh İmanov kimi təqdim edərək avtomobil servisində tanış olduğu şəxslərə Dubaydan mobil telefonlar gətirə biləcəyini bildirib. O, telefonları gömrükdən keçirərək Bakıya çatdıracağını vəd edib.

Zərərçəkmişlərdən biri onun kart hesabına müxtəlif vaxtlarda pul köçürüb. Təqsirləndirilən şəxs telefonların gömrükdə saxlanıldığını, əlavə ödənişə ehtiyac yarandığını, hətta hava limanında qaçaqmalçılığa görə tutulduğunu deyərək pul almaqda davam edib. Daha sonra zənglərə cavab verməyib və telefonları da təhvil verməyib.

Nəticədə zərərçəkmişlərdən birinə 6 650 manat, digərinə isə 3 500 manat olmaqla, ümumilikdə 10 150 manat ziyan dəyib. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilib, əməlindən peşman olduğunu və dəymiş ziyanı tam ödədiyini bildirib.

Məhkəmə müəyyən edib ki, şəxs əvvəllər də dələduzluq və oğurluq cinayətlərinə görə məhkum olunub. Bununla belə, onun məcburi köçkün olması, zərərçəkmişlərlə barışması və dəymiş ziyanı tam ödəməsi nəzərə alınıb.

Qərara əsasən, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə aparılan cinayət təqibinə amnistiya əsasında xitam verilib və şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində bu iş üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv olunub. Lakin başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin qüvvədə olduğu nəzərə alınıb.



Xəbərin oxunma sayı : 229




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap