“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bakı Sammiti Asiyada iqtisadi əməkdaşlığın inkişafına yönəlib

Tarix 16.10.26, 6:41

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısı Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunun və Asiya məkanında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfənin növbəti göstəricisidir. Beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliyin və dövlətlərarası ziddiyyətlərin artdığı bir dövrdə müxtəlif siyasi və iqtisadi maraqlara malik ölkələrin Bakıda bir araya gəlməsi xüsusi əhəmiyyət daşıyır.

Bakı Sammiti, ilk növbədə, Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfəni nümayiş etdirir. Belə bir mürəkkəb geosiyasi şəraitdə müxtəlif maraqlara malik dövlətlərin ortaq platformada təmsil olunması dialoqun davam etdirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan 2024-cü ilin dekabrında AQEM-ə sədrliyi qəbul edərək “Daha güclü AQEM: Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” şüarını əsas götürüb. Müəyyənləşdirilən bu prioritetlər ölkəmizin regional əməkdaşlığın inkişafına, beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsinə və iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş xarici siyasət kursu ilə birbaşa uzlaşır. Bu yanaşma Azərbaycanın Asiya məkanında əməkdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin inkişafına verdiyi önəmi əks etdirir.

Azərbaycanın AQEM-ə sədrliyi dövründə təşkilatın institusional inkişafı istiqamətində də mühüm addımlar atılıb. Qadınlar Şurası və Maliyyə Sammiti kimi yeni məşvərətçi orqanların yaradılması, Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin fəaliyyətə başlaması, eləcə də Bakıda AQEM-in 13-cü Beyin Mərkəzləri Forumunun, ilk Media Forumunun və Liman Rəhbərləri Konfransının keçirilməsi təşkilat çərçivəsində əməkdaşlığın daha praktik müstəviyə keçməsinə xidmət edib. Bu təşəbbüslər üzv dövlətlər arasında əlaqələrin müxtəlif sahələr üzrə genişləndirilməsi və təşkilatın fəaliyyətinin daha səmərəli təşkili baxımından əhəmiyyətlidir.
AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi prosesi xüsusi əhəmiyyət daşıyır. Təşkilatın Nizamnaməsinin qəbul edilməsi istiqamətində aparılan danışıqlar Azərbaycanın sədrliyi dövründə əsas prioritetlərdən biridir. Bu prosesdə irəliləyiş əldə olunması AQEM-in institusional imkanlarının gücləndirilməsi, fəaliyyətinin daha sistemli xarakter alması və üzv dövlətlər arasında əməkdaşlığın davamlı mexanizmlər əsasında inkişaf etdirilməsi baxımından mühüm nəticə ola bilər.
Bakı Sammitinin digər mühüm istiqamətlərindən biri regional bağlantıların və iqtisadi əməkdaşlığın inkişafıdır. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərini genişləndirməklə yanaşı, Orta Dəhlizin inkişafında da mühüm rol oynayır. AQEM platforması isə bu təşəbbüslərin daha geniş Asiya məkanında təşviqi, nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması, enerji və logistika sahələrində yeni tərəfdaşlıqların qurulması üçün əlavə imkanlar yaradır. Bu baxımdan, regional bağlantıların inkişafı təkcə nəqliyyat və ticarət əlaqələrinin genişlənməsi deyil, həm də dövlətlər arasında qarşılıqlı asılılığın və əməkdaşlıq maraqlarının artması deməkdir.

Bakı Sammitinin əhəmiyyəti yalnız qəbul ediləcək sənədlərlə məhdudlaşmır. Tədbir Azərbaycanın müxtəlif regional aktorlar arasında dialoqu təşviq edən, qarşılıqlı etimadın gücləndirilməsinə və Asiyada daha geniş əməkdaşlıq mühitinin formalaşmasına töhfə verən dövlət kimi mövqeyini bir daha nümayiş etdirir. Mövcud beynəlxalq şəraitdə belə platformaların fəaliyyətinin gücləndirilməsi dövlətlər arasında fikir mübadiləsinin davam etdirilməsi, ortaq maraqların müəyyənləşdirilməsi və regional əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Sevil Məmmədova



Xəbərin oxunma sayı : 274




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap