| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
Tarix 22.10.26, 20:36 |
|
2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycana 2 milyard 67 milyon 672 min dollar dəyərində yeyinti məhsulları idxal olunub.
2025-ci ilin ilk 9 ayında bu göstərici 1 milyard 880 milyon 465 min dollar idi. Beləliklə, ərzaq idxalı 187 milyon 207 min dollar və ya 10 % artıb.
Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər görülsə də hələ də Azərbaycan idxaldan asılı ölkə olaraq qalır. Hətta idxalla bağlı artım müşahidə olunur.
Azərbaycanda idxaldan asılılığın artması iqtisadiyyatın daxili tələbatı yerli istehsal hesabına tam ödəyə bilməməsi, qeyri-neft sektorunun inkişafındakı məhdudiyyətlər və istehsalın bir sıra sahələrdə xarici xammal, avadanlıq və texnologiyalardan asılı olması ilə əlaqədardır. Azərbaycanın ixrac gəlirlərinin böyük hissəsi neft və qazdan formalaşır. Lakin neft ixracından əldə olunan gəlirlər ölkənin bütün istehlak və istehsal ehtiyaclarını yerli məhsullarla təmin etmir.Nəticədə neft satışından əldə edilən valyuta hesabına ərzaq, sənaye məhsulları, avtomobillər, texnologiya və digər mallar idxal olunur.
İdxaldan asılılığı azaltmaq üçün hansı təxirəsalınmaz addımlar atılmalıdır?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a bildirib ki, ərzaq idxalının 10 faiz artması avtomatik olaraq ərzaq təhlükəsizliyinin pisləşməsi demək deyil. Onun sözlərinə görə, qiymət artımlarına həm idxal məhsullarının, həm də yerli istehsalın bahalaşması, eləcə də inflyasiya təsir göstərir: “Ərzaq idxalının 10 faiz artması avtomatik olaraq problemin yaranması və ya ərzaq təhlükəsizliyinin pisləşməsi demək deyil. Qiymət artımları da var, yəni idxal məhsullarının qiymətləri yüksəlir. Amma idxal qiymətlərini bir kənara qoysaq, yerli istehsalın məhsulları da bahalaşır. İnflyasiya var, həm qlobal miqyasda, həm də ölkə daxilində qiymətlər artır. Bir məqamı başa düşməliyik: biz həmişə idxaldan asılı olacağıq. Bunun alternativi yoxdur. Çünki Rusiya kimi nəhəng dövlət deyilik ki, bütün resurslarımız olsun, hər şeyi ölkə daxilində istehsal etmək imkanımız olsun. Eyni zamanda, Qazaxıstan kimi də deyilik. Burada hər şeyi istehsal etmək də mümkün deyil. Məsələn, müəyyən bir ərazidə taxıl əkirsinizsə, həmin ərazidə meyvə bağı sala bilməzsiniz. Yəni, ölkəmizin ərazisi kiçikdir. Torpaqlarımızın böyük hissəsi əkinçilik üçün əlverişli deyil, xüsusi çətinliklər yaradan torpaq sahələri çoxdur. Təbiətin bizə bəxş etdiyi imkanların da müəyyən sərhədləri var. Ölkə ərazisinin təxminən yarısı yarımsəhra iqliminə malikdir. Belə ərazilərdə əkin-biçinlə məşğul olmaq da baha başa gəlir. Su təminatımız zəifdir və sair”.
Ekspertə görə, söhbət strateji əhəmiyyətli məhsullardan gedirsə, burada xarici asılılığı, xüsusilə də bir ölkədən asılılığı azaltmaq mümkündür: “Eyni zamanda, ehtiyatlar yaradılmalıdır ki, hər hansı istiqamətdə problem yarananda, məsələn, dəmir yolu xətti sıradan çıxanda, boğaz bağlananda və ya digər nəqliyyat çətinlikləri meydana gələndə ölkə ərzaq təminatında ciddi problemlərlə üzləşməsin. Bu istiqamətdə bir sıra addımlar atıla bilər. Məsələn, strateji baxımdan vacib hesab olunan və ölkə daxilində istehsalı iqtisadi cəhətdən əlverişli olan məhsulların yerli istehsalını artırmaq lazımdır. Həmçinin tədarükün bir istiqamətdən asılılığını azaltmaq, müxtəlif ölkələrlə və alternativ marşrutlarla işləmək vacibdir.Bəs niyə biz bir istiqamətdən asılı vəziyyətə düşürük? Məsələ ondadır ki, sahibkar hesablayır: bir ölkədən məhsul alanda onun maya dəyəri 5 manata, başqa ölkədən alanda isə 6 manata başa gəlir. Təbii ki, o, 5 manatlıq istiqaməti seçir. Hətta məhsulu 9 manata satacaqsa belə, düşünür ki, niyə 6 manat xərc çəksin? Birinci variantda 4 manat, ikinci variantda isə 3 manat qazanc əldə edəcək.Yəni sahibkarın qərarına satış qiymətindən daha çox alış qiyməti təsir edir. Burada əsas məsələ iqtisadi maraqlardır. Sahibkar öz mənfəətini düşünür və bu, təbiidir. Ancaq dövlətin vəzifəsi elə şərait yaratmaqdır ki, iqtisadi səmərəliliklə yanaşı, ərzaq təhlükəsizliyi də təmin olunsun”.

İqtisadçı hesab edir ki, hər hansı ərzaq məhsulunun qiyməti ciddi şəkildə artıbsa və ya azalıbsa, bunun səbəbləri araşdırılmalıdır: “Tutaq ki, əvvəllər yerli istehsal 100 vahid idisə, indi 80 vahidə düşüb. Niyə? əlaqədar qurumlar gedib həmin müəssisənin problemləri ilə maraqlanmalıdırlar. Nə dəyişib, istehsal niyə azalıb? Bu biznesin problemlərini başa düşmək lazımdır. Hansı sahədə vəziyyət pisləşməyə başlayırsa, ən azı həmin sahədə fəaliyyət göstərən sahibkarlarla görüşmək, danışmaq, vəziyyəti araşdırmaq lazımdır. Dövlət qulluqçuları xidmət göstərməlidirlər. Onlar xidmət etdikləri sahələrin yanında olmalı, problemləri başa düşməli və həllinə kömək etməlidirlər”.
X.Kərimli kənd təsərrüfatı ilə bağlı proqramın qəbul edildiyini xatırladıb: “Burada əsas məsələlərdən biri məhsuldarlığın artırılmasıdır. Məsələn, eyni sahədən 18 sentner arpa və ya buğda da götürmək olar, 35-40 sentner də. Torpaq sahəmiz məhduddur. Ona görə də ərzaq təminatını yaxşılaşdırmağın yeganə yolu əkin sahələrini genişləndirmək deyil. Bununla ciddi nəticə əldə etmək mümkün olmayacaq, çünki ölkənin ümumi torpaq fondu və əkinə yararlı torpaqların həcmi bəllidir. Biz əkinə yararlı torpaqların sahəsini istədiyimiz qədər artıra bilmərik. Bəs nə etməliyik? Mövcud torpaqlarda məhsuldarlığı artırmalıyıq. Kənd təsərrüfatı proqramında müxtəlif istiqamətlər nəzərdə tutulub. Onların təfərrüatına varmaq istəmirəm. Heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi, damazlıq heyvanlarla bağlı məsələlər, baytarlıq xidmətləri və digər istiqamətlər var. İndi rəqəmsal idarəetmədən danışanda onun yanına süni intellekt ifadəsini də əlavə edirlər. Əvvəllər innovasiya sözünü işlədirdilər, indi isə süni intellekt ifadəsini gündəmə gətirirlər. Amma əsas məsələ sözlər deyil, real nəticə əldə etməkdir. Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafı üçün emal müəssisələrinin də genişləndirilməsi çox vacibdir. Biz məhsulları yalnız xam şəkildə ixrac etməməliyik. Məsələn, pomidoru xam halda göndərmək əvəzinə, ondan tomat hazırlayıb və ya qurudulmuş məhsul şəklində ixrac etmək olar. Məhsula əlavə dəyər qazandırmaq lazımdır ki, sahibkarın həmin sahədə fəaliyyət göstərmək imkanları genişlənsin və daha çox gəlir əldə edə bilsin. Digər vacib məsələ kənd təsərrüfatı məhsullarının saxlanmasıdır. Məsələn, qeyd etdiyiniz kimi, gilasın bir hissəsi aparılıb çölə tökülüb. Düzdür, gilas tez xarab olan məhsuldur. Amma kənd təsərrüfatında saxlama məsələsi çox vacibdir. Biz elə düşünməməliyik ki, sahibkarın əlində məhsul qalıbsa, onu ucuz qiymətə satıb, biz də ucuz alıb sevinməliyik. Sahibkar ziyana düşəndə növbəti il həmin sahədə əkin aparmaya bilər. Düşünə bilər ki, bu məhsulu istehsal etməyin mənası yoxdur. Nəticədə gələcəkdə həmin məhsulun istehsalı da azala bilər. Ona görə də kənd təsərrüfatı məhsullarının saxlanması üçün infrastrukturun yaradılması çox vacibdir. Məhsulun bazara çıxarılması və saxlanması imkanları geniş olmalıdır ki, sahibkarlar ziyana düşməsinlər, istehsalı davam etdirməkdə maraqlı olsunlar”.
Xəbərin oxunma sayı : 214
Sosial
Xəbərlər
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab
-
Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi
-
“Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb“ - Vens
-
Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək
-
Ət bazarı üçün bədbin proqnoz - Daha böyük bahalaşma...
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir - Hərəkət alternativ küçələrlə təşkil ediləcək
-
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil - Məleykə Abbaszadə
-
“Gələcəkdə süni intellekt özünü idarə edəcək” - İlon Mask
-
Azərbaycanda satılan mebellər burada hazırlanır - ŞOK statistika
-
İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir
-
“Dubayda tutulmuşam“ deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı
-
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
-
Kəmaləddin Heydərov yeni qərar imzaladı - Kimlərə şamil olunacaq?
-
Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq
-
Azərbaycan təbii qazı Yunanıstana 545, Türkiyəyə isə 272 dollara satıb - Siyahı
-
Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları
-
Məhkəmə “City Construction Group”un xaricə pul köçürməsi ilə bağlı qərar verdi - TƏFSİLAT
-
Azərbaycanda nə qədər dəvə var və hansı rayonlarda saxlayırlar? - Siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Mən xalqın baş məşqçisiyəm” - Sergen Yalçın
-
Pekin sürətlə qocalır: Əhalinin 1/3-i yaşlı olacaq
-
Azərbaycan bu ölkəyə hamıdan çox araq satıb - Hətta Rusiyadan da
-
Maşını nömrəsiz sürən qazilər həbs olundu - TƏFƏRRÜAT
-
Bina evində qalanların nəzərinə: Yenilik olacaq
-
TikTok, YouTube, Instagram… – Sosial şəbəkələrdən qazananlar hansı vergiləri ödəməlidir?
-
Azərbaycanda boşanmaq neçəyə başa gəlir? - Araşdırma
-
“Biznes TV“ maliyyə çətinliyi ilə üzləşib: Əməkdaşların bir hissəsi işdən ayrılıb
-
“İri Şəhərlərin Su Təchizatı“na yeni icraçı direktoru təyin edildi - FOTO
-
Metropoliten rəisinə yeni müavin təyin olundu - Sərəncam
-
Böyük Qayıdış davam edir - Xocalı və Ağdərəyə köç olub
-
Azərbaycan dünya çempionatına hazırdır - FIFA
-
İran “bombaların atası”nı düzəldib - Kimə qarşı istifadə edəcək?
-
Bu xidmətlər üzrə 20 illik vergi güzəşti tətbiq ediləcək - Prezident təsdiqlədi
-
Putindən hökumətdə mühüm - Kadr dəyişiklikləri
-
Ali Məhkəmə kürəkənini öldürən şəxsin cəzasını 8 il azaltdı - Təfərrüat
-
Orxan Məmmədov Yardımlıya icra başçısı təyin edildi - DOSYE + FOTO
-
“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə“ dəyişib - FƏRMAN
-
Prezident sərəncam imzaladı - Elçin Yusubov vəzifəsindən azad edildi + DOSYE
-
Avropada gizli kəşfiyyat savaşı - Bu əməliyyat baş tutsaydı...
-
Hakim kürəkənini öldürdürən qayınatanı məhkəmə zalından sərbəst buraxdı - DETALLAR
-
Yolda xətlərin görünməməsi çaşqınlıq yaratdı - VİDEO
-
Azərbaycana gələn əcnəbilərin sayı 117 min nəfər azalıb - STATİSTİKA
-
Fransa ilə ABŞ arasında ciddi gərginlik - Makron Trampa sərt cavab verdi
-
Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Dələduzluq
-
Azərbaycanda bir uşağın 18 yaşına qədər böyüdülməsi neçəyə başa gəlir? - Araşdırma
-
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
-
Moskvaya misli görünməmiş PUA hücumu: Silah zavodu vuruldu
-
ABŞ və İsrail İrana yeni zərbələr planı hazırlayır - “The New York Times“
-
Vergi Xidmətindən getdi, “AZCON Holding“də vəzifəyə təyin edildi
-
Kəşfiyyat onu ölənə qədər izləyib - 27 illik sirr açıldı
-
Səudiyyə Ərəbistanında hava limanına hücum olub: ölən var
-
ABŞ hazırda İranla danışıqlar aparmır - Tramp
-
İşdən çıxarılanlara sığorta ödənişi - VİDEO
-
Sayğac var, amma abonent kodu yoxdur - VİDEO
-
“Tovuz-Baltiya”nı kimlər ələ keçirmək istəyir - Mehdiyev klanının “konyak reketliyi”
-
Putinin köməkçisi: Ukrayna münaqişəsi sona yaxınlaşır
-
“Regional Su Meliorasiya“ QSC-də dəyişiklik - Yeni icraçı direktor təyin olundu
-
Zelenski müharibənin dondurulmasına hazır olduğunu açıqladı - Şərtləri var...
-
Ərdoğan İlham Əliyevə zəng etdi - Rəsmi açıqlama
-
Bakıda məmurun xanımı lükə düşərək xəsarət aldı - AAYDA rəsmisi cərimə edildi
-
Həbs tədbirinə baxan məhkəmə nəyi yoxlamalıdır? - Konstitusiya Məhkəməsi izah etdi
-
“Müctəba Xamenei atasının izi ilə getməyə qərar verib” - Netanyahu
-
Agentlik 13,6 milyon manatlıq hazır yemək alır - Bir ədəd yemək 11,5 manata yüksəlib
-
Bakıda nəqliyyat sıxlığını azaldacaq yeni yol - İşlər nə yerdədir?
-
Təhdid və təzyiq dilində dialoq heç bir məna kəsb etmir - Məsud Pezeşkian
-
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar DƏYİŞDİ
-
Zelenski 9,5 milyon ukraynalını ölkəyə qayıtmağa çağırıb - “Fox News”
-
Statistika Komitəsində yeni təyinatlar - Kadr dəyişiklikləri oldu + ADLAR
-
Azərbaycanda ən yüksək və ən aşağı əməkhaqqı alan neçə nəfər var? - Siyahı
-
Elm və Təhsil Nazirliyi bu şirkətlərə 9,4 milyon manat ödəyəcək - BUNA GÖRƏ
-
Paytaxtın bitməyən ÇUXUR BƏLASI: Yolları kim təmir etməlidir
-
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı - Sərəncam
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Lənkəranda 4 mərtəbəli otel 2,2 milyon manata hərraca çıxarıldı - Fotolar
-
TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq - Mirzoyan
-
Azərbaycanda istilik bu tarixdən veriləcək - RƏSMİ
-
Putin Mayamidə G20 sammitində iştirak edə bilər - Marko Rubio
-
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - SİYAHI
-
Azərbaycan Mərkəzi Bankı interyer dizayn şirkətini cərimələdi - TƏFƏRRÜAT
-
Naxçıvanda vəzifəli şəxs saxlanılıb - Mənimsəmədə ittiham olunur
-
Kollecdən universitetə imtahansız qəbul ləğv olunacaq? – Mühüm DETALLAR
-
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Neft Fondu 126 milyard manatı harada saxlayır? - Siyahı
-
Xalçalarını yuyulmağa verdilər, geri ala bilmədilər: Saxlanılan var
-
Bakıya və rayonlara yağış yağacaq - Sabahın havası
-
Azərbaycan XİN 31 türkiyəlinin adını “qara siyahı“ya saldı - Aralarında millət vəkili də var
-
İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır - FOTO
-
Mətbuat Şurasından xəbərdarlıq - Jurnalistlərin adından saxta “WhatsApp” hesabları yaradılır
-
Bakıda şirkət rəhbəri saxlanıldı - Dələduzluqda ittiham olunur
-
İbrahimova yüksək rütbə verildi - Vətən Müharibəsi Qəhrəmanıdır
-
Azərbaycan məktəblərində “TikTok“a giriş məhdudlaşdırılıb - Nazir müavini
-
Bakı ilə Neftçala arasında qalan başçı - Mirhəsən Seyidov idarə etdiyi rayonu bəyənmir?
-
Tramp Ukraynanı müharibəni dayandırmağa çağırdı - “Moskva hərbi üstünlüyə malikdir...”
-
Agentliyin 24 min manatlıq tenderini udan şirkətin vergi borcu var - TƏFƏRRÜAT
-
Suraxanı rayonunda əsas yolun asfalt örtüyü dağılıb - VİDEO
-
Xalq artistinin kürəkəni həbs olundu - Nədə ittiham olunur? + FOTO
-
ABŞ, Ukrayna və Avropa Rusiya ilə dialoq üzrə ortaq mövqeyə gəliblər - “Axios”
-
Sumqayıtda məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - VİDEO
-
Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: “Açarı dəyişib evə giriblər“
-
ABŞ öhdəliklərini yerinə yetirsə, Hörmüz boğazı açılacaq - İran XİN
-
Buzovnada 4 mərtəbəli binada yanğın... - Sakinlər təxliyə edilib
-
Mobil telefonlar da POS-terminal kimi istifadə olunacaq - VİDEO
-
Azərbaycanda qiyabi təhsil ləğv edilir? -Gözlənilən yeni sistem
-
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
-
Xırdalanda binanın inşası zamanı layihədən kənar iş görülür? - VİDEO
-
20 oktyabr - Zəngilan Şəhəri Günü- gələcəyə istiqamətlənən yeni həyat mərhələsinin simvolu
-
20 oktyabr – Zəngilan şəhəri günüdür
-
Zəngilanda aparılan quruculuq işləri
-
Zəngilan rayonunun da işğaldan azad olunması cəbhədə hərbi üstünlüyümüzü daha da cücləndirdi
-
AQEM-in 7-ci Sammiti: Unikal dialoq platforması
-
Füzuli Zəfərin və Böyük Qayıdışın simvoludur
-
Bakı Sammiti Asiyada iqtisadi əməkdaşlığın inkişafına yönəlib
-
Füzuli uğrunda gedən döyüşlər Ordumuzun şücaətinin göstəricisi idi
-
AQEM-in 7-ci zirvə görüşü Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasındakı rolunu nümayiş etdirdi
-
Ölkəmiz hər zaman sülhə, tərəqqi və əmin-amanlığa sadiqlik nümayiş etdirir
-
Türkiyə ilə Azərbaycan arasında strateji əlaqələr sarsılmazdır - Hakan Fidan
-
Etirazlar zamanı baş verən dağıntılar tələbələrin işi deyil - Edi Rama
-
Rusiya Baş Konsulluğu Qazaxıstan XİN-ə nota göndərib - Repçi Navainin həbsi ilə əlaqədar
TOP 10
ARXİV






