“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Dələduzluq

Tarix 22.10.26, 10:44

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda yaşayış binası inşa etmək istəyən sahibkar dələduzluğa məruz qalıb.

AzFakt.com oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində baş verib. İş adamı Araz İsgəndərov Sulutəpədə torpaq sahəsi alıb və orada çoxmərtəbəli yaşayış binası inşa etdirmək istəyib.

O, həmin binanın inşasına sərəncam almaq istəyərkən Ruslan Cabbari adlı şəxslə tanış olub. Ruslan ona yüksək rütbəli məmur tanışının olduğunu bildirib və bir milyon manat ödəməklə yaşayış binasının inşasına icazə ala biləcəyinə söz verib. Ruslan iş adamını inandırmaq üçün onun yanında "Süleyman" adlı şəxslə danışıb və məsələnin həll olunduğunu deyib. Araz İsgəndərov bu məbləğlə razılaşıb və Ruslana bir milyon manat verib.

Bir müddət Ruslan Araz İsgəndərovla mütəmadi olaraq əlaqə saxlayıb və onu yaxın vaxtlarda bina tikintisinə icazə alacağına inandırıb. Amma sonradan Ruslan məsələdən yayınmağa başlayıb, A.İsgəndərovun telefonlarına cavab verməyib. Təxminən 7 ay gözləyən iş adamı sonda aldadıldığını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Ruslan Cabbari saxlanılıb və istintaqa təhvil verilib. Məlum olub ki, Ruslan A.İsgəndərovdan aldığı bir milyon manatın çox hissəsini mərc oyunlarında uduzub.

Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Ruslan 10 il azadlıqdan məhrum edilib. Məhkəmə Ruslana Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edərək ona 3 il sınaq müddəti təyin edib.



Xəbərin oxunma sayı : 268




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap