Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Tramp 8,5 il sonra Çinə səfər edəcək - Tarix açıqlandı

Tarix 11.05.26, 10:31

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Trampın Çinə səfərinin vaxtı açıqlanıb. 

Aaçıqlama Çin Xarici İşlər Nazirliyi tərəfindən verilib. Bildirilib ki, Donald Tramp Çin prezidenti Si Szinpinin dəvəti ilə 13–15 may tarixlərində Pekinə rəsmi səfər həyata keçirəcək. ABŞ tərəfinin daha əvvəl elan etdiyi səfər Çin tərəfindən də təsdiqlənmiş olub.

Donald Tramp 8,5 ildən sonra yenidən Çinə səfər edir. ABŞ-ın əvvəlki prezidenti Co Bayden Çin səfəri etməmişdi. ABŞ-dan Çin istiqamətində lider səviyyəsində son səfər Trampın ilk prezidentlik dövründə -- 2017-ci ildə baş tutmuşdu.

Tramp ABŞ və İsrailin İrana hücumları ilə başlayan və İranın cavab addımları ilə daha da gərginləşən münaqişənin davam etdiyi bir vaxtda strateji rəqib hesab olunan Çinə mühüm səfər reallaşdıracaq.

Əvvəllər 31 mart - 2 aprel tarixlərində keçirilməsi planlaşdırılan, lakin ABŞ prezidentinin İrandakı münaqişə ilə məşğul olması zərurəti səbəbindən təxirə salınan səfərdə Yaxın Şərqdəki vəziyyətin əsas gündəm mövzularından biri olacağı gözlənilir.

ABŞ ilə Çin arasındakı münasibətlər Trampın ikinci prezidentlik dövründə Vaşinqton administrasiyasının tarif artımları və texnologiya sahəsində tətbiq etdiyi məhdudiyyətlər, eyni zamanda Çinin qlobal təchizatın böyük hissəsini təmin etdiyi nadir torpaq elementlərinə nəzarəti gücləndirməsi səbəbindən daha da gərginləşmişdi.

Səfər zamanı tərəflərin iqtisadiyyat və ticarət məsələləri ilə yanaşı, ABŞ-ın son dövrlərdə genişmiqyaslı silah satışına icazə verdiyi və Çinlə suverenlik mübahisəsi yaşayan Tayvan məsələsini də müzakirə etməsi gözlənilir.



Xəbərin oxunma sayı : 163




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap