Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Pulsuz avtobus xətti açıldı - Bu gündən fəaliyyət göstərir

Tarix 14.05.26, 12:14

Font ölçüsü : - / +
bitmap-img6


17-22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının tədbir məkanı olan Bakı Olimpiya Stadionuna rahat və fasiləsiz gediş-gəlişi təmin etmək məqsədilə "Koroğlu" Nəqliyyat Qovşağı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

AzFakt.com xəbər verir ki, 14 may saat 06:00-dan etibarən WUF13 tədbiri ilə əlaqədar xüsusi "K1" servis avtobusu 24/7 rejimində "Koroğlu" Nəqliyyat Qovşağı ilə Bakı Olimpiya Stadionu (BOS) arasında sərnişin daşımalarını həyata keçirəcək.

WUF13 tədbir məkanına ən yaxın və əsas nəqliyyat qovşağı hesab olunan "Koroğlu" iştirakçılar üçün Bakı Metropoliteni, ADY-nin şəhərətrafı dəmir yolu xidmətləri və şəhər avtobus marşrutları vasitəsilə rahat və inteqrasiya olunmuş nəqliyyat bağlantısı təqdim edir.

"K1" servis avtobusu "Koroğlu" Nəqliyyat Qovşağında yerləşən Avtobus Nəqliyyat Mübadilə Mərkəzinin "4A" perronundan hərəkət edir.

Xüsusi servis avtobuslarından akkreditasiyadan keçmiş WUF13 iştirakçıları ödənişsiz istifadə edə biləcəklər. Akkreditasiya kartı olmayan iştirakçılar qeydiyyatın təsdiqləndiyini göstərən məktubu təqdim edərək nəqliyyat xidmətindən ödənişsiz istifadə edə bilərlər.

WUF13 çərçivəsində həyata keçiriləcək xüsusi nəqliyyat həlləri iştirakçıların tədbir məkanına təhlükəsiz, komfortlu və çevik şəkildə çatmasına imkan yaradacaq.



Xəbərin oxunma sayı : 127




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap