Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Türkiyədən evlənmək üçün Azərbaycana gəldi, küçədə qaldı - VİDEO

Tarix 13.05.26, 19:34

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə vətəndaşı Metin Şare Azərbaycanda dələduzluqla üzləşdiyini iddia edir.

O, Baku TV-yə bildirib ki, evlənmək məqsədilə tanış olduğu qadına və onun yaxınlarına ümumilikdə 67 min manata yaxın pul göndərib.

49 yaşlı Metin Şarenin sözlərinə görə, qadının istəyi ilə müxtəlif şəxslərin adına pul köçürüb, daha sonra isə Azərbaycana gəlib.

"Evimi, maşınımı satıb Azərbaycana gəldim. Almağım üçün bir ev göstərdilər, 23 min manata razılaşdıq. Pulları aldıqdan sonra isə dedilər ki, ölkədən çıx get, yoxsa səni deportasiya etdirəcəyik. 20 gündür acam, küçələrdə qalmışam", deyə o bildirib.

Qarşı tərəf isə ittihamları qəbul etmir. Ayşə Orucova bildirir ki, Metin Şare birlikdə yaşadıqları müddətdə xərclədiyi pulu geri istəyir və onu təhdid edir.

"Azərbaycana gələndən sonra evdə mənə bıçaq çıxardı, barmağım kəsildi. Məni dəfələrlə təhdid edib, xərclədiyi pulları geri istəyib. Deyir ki, hamısını qaytarmasan, səni öldürəcəyəm, evini yandıracağam", deyə ittiham olunan şəxs söyləyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Metin Şare tanışı olan qadın tərəfindən pulunun mənimsənildiyi barədə polisə müraciət edib. Daha sonra isə qarşı tərəfin ona 1300 manat qaytardığını və artıq şikayətçi olmadığını bildirib.




Xəbərin oxunma sayı : 244




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap