“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

İnstitutla nazirlik arasında cərimə qalmaqalı - Professor nədə ittiham edilir?

Tarix 22.02.24, 18:19

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu arasında qalmaqal yaranıb. 

Nazirlik institutu İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsi ilə cərimələyib. 

192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. 

Bu maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. 

İnstitut naziriliyin bu qərarı ilə razılaşmayaraq şikayət ərizəsi ilə məhkəməyə müraciət edib. Şikayətə Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Rauf Daşdərmirovun icraatındadır. 

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Tibb elmləri doktoru, professor Adil Allahverdiyevdir. O, bu vəzifəyə 2020-ci ildə təyin edilib. Adil Allahverdiyev direktor vəzifəsinə həmin vaxt Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə təyinat alıb. (Qaynarinfo)



Xəbərin oxunma sayı : 559




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap