“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Ada heç vaxt heç kimin müstəmləkəsi olmayacaq - Kuba prezidenti

Tarix 09.09.26, 10:50

Font ölçüsü : - / +
bitmap-img6


Migel Dias-Kanel Donald Trampın Kuba ərazisinin ABŞ bayrağının rənglərində göstərildiyi xəritə paylaşımına sərt reaksiya verərək ölkəsinin suverenliyinin toxunulmaz olduğunu bildirib

AzFakt.com xəbər verir ki, Kuba Prezidenti Migel Dias-Kanel ABŞ Prezidenti Donald Trampın “Truth Social” sosial şəbəkəsində paylaşdığı xəritəyə münasibət bildirərək, ada dövlətinin heç vaxt hər hansı imperiyanın müstəmləkəsi olmayacağını bəyan edib.
Trampın paylaşdığı xəritədə Kuba ərazisi ABŞ bayrağının rəngləri ilə göstərilib.

“Kuba iki imperiyanın müstəmləkəsi və neomüstəmləkəsi olmağın nə demək olduğunu çox yaxşı bilir”, deyə Migel Dias-Kanel “X” sosial şəbəkəsində yazıb.

Kuba Prezidenti ölkənin müstəqilliyi, suverenliyi və öz müqəddəratını təyinetmə hüququ uğrunda tökülən qanların heç vaxt əbəs yerə axıdılmayacağını vurğulayıb.

Kuba xarici işlər naziri Bruno Rodriges də Trampın xəritə paylaşımına yumorla reaksiya verib. O, ABŞ hökumətinin bu cür davranışlarla tezliklə öz vətəndaşlarını tamamilə istiqamətsiz vəziyyətə salacağını bildirib.

“Belə vəziyyət davam edərsə, ABŞ hökuməti tezliklə öz vətəndaşlarını ümumiyyətlə çaşdıracaq. Onlar tezliklə hansı körfəzdə, hansı gölün yanında, hansı binada, ölkədə, qitədə və ya planetdə olduqlarını anlamağı dayandıracaqlar”, deyə Bruno Rodriges sosial şəbəkələrdə yazıb.

Donald Trampın dünya xəritəsi formasında paylaşımı bazar ertəsi yayımlanıb. Xəritədə ABŞ bayrağının rəngləri yalnız ABŞ ərazisini deyil, Kanada, Meksika və İslandiyanı, eləcə də Karib hövzəsi və Mərkəzi Amerikanın bəzi ərazilərini əhatə edib.

İslandiya hakimiyyəti xəritənin bu formada təqdim edilməsini artıq qəbuledilməz hesab etdiyini açıqlayıb. Bunun ardınca ABŞ-nin İslandiyadakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Trampın xəritə paylaşımı ABŞ-nin ərazi iddiaları və Vaşinqtonun digər ölkələrə münasibəti ilə bağlı yeni müzakirələrə səbəb olub. Kuba rəhbərliyi isə açıqlamalarında ölkənin müstəqilliyi və suverenliyinin heç bir xarici güc tərəfindən məhdudlaşdırılmasına imkan verilməyəcəyini açıq şəkildə vurğulayıb.



Xəbərin oxunma sayı : 172




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap