Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

“Brüsselin siyasəti Avropa Birliyinin tabutuna mismar vurur” - Orban

Tarix 18.11.23, 21:44

Font ölçüsü : - / +
bitmap-img6


“Brüsselin siyasəti Avropa Birliyinin tabutuna tədricən mismar vurur”.

“Report” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Mən əminəm ki, bu gün Brüsseldə onlar Avropanı parçalayırlar və onu məhvə aparırlar”, - Orban vurğulayıb.

O, xəbərdarlıq edib ki, Brüssel mövcud siyasəti davam etdirsə, bu, Avropa İttifaqı üçün pis nəticələnə bilər:

“Hesab edirəm ki, Avropanın hazırkı modeli dayanıqlı olmadığı üçün ondan imtina edilməlidir. Avropa İttifaqı sadəcə olaraq dağılacaq və bunun qarşısı alınmalıdır. Qurumun vahid qalması bizim maraqlarımıza uyğundur. Böyük çətinliklə toplananlar toxunulmaz qalsın”.

O hesab edir ki, Avropa İttifaqının dağılması yox, dəyişməsi lazımdır. Lakin bu, yalnız birbaşa Brüsseldə köklü dəyişikliklər olacağı təqdirdə mümkündür.

Viktor Orban qeyd edib ki, bütün dünya özünü yeniləsə də, Brüssel Avropaya “xaosa aparan” köhnəlmiş inkişaf modelini təklif edir:

“Getdikcə daha az insan işləyir, getdikcə daha çox insan işsiz yaşamaq istəyir. Sosial nizam yox olur, miqrasiyanın nəticələri idarəolunmazdır, investorlar pullarını Avropadan Amerika və Asiyaya köçürür”.

Qeyd edək ki, bu gün Macarıstanın Baş naziri Viktor Orban yenidən hakim FİDES partiyasının sədri seçilib.



Xəbərin oxunma sayı : 1258




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap