“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Ən çətin siyasi məsələlər müzakirə olunur...” - Zelenski

Tarix 27.01.26, 12:08

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna nümayəndə heyəti ABŞ və Rusiya təmsilçiləri ilə yanvarın 23–24-də Əbu-Dabidə keçirilən danışıqlardan sonra bu həftə yeni üçtərəfli görüşlərə hazırlaşır.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə paylaşım edib.

Bundan əvvəl KİV-lər mənbələrə istinadla üçtərəfli formatda növbəti görüşün fevralın 1-də keçirilə biləcəyini yazmışdı. Zelenski paylaşımında “görüşlər” ifadəsini işlədib, lakin detallar açıqlamayıb.

Prezidentin axşam videomüraciətində verdiyi məlumata görə, növbəti görüş ilkin olaraq fevralın 1-nə planlaşdırılıb. Zelenski ümid etdiyini bildirib ki, görüş daha tez baş tuta bilər.

Zelenskinin sözlərinə görə, bazar ertəsi səhər Ukrayna danışıqlar qrupunun məruzəsini qəbul edib. Məruzədə qeyd olunub ki, Əbu-Dabidə keçirilən görüşlər zamanı müharibənin sona çatdırılması üçün vacib olan geniş mövzular müzakirə edilib. Prezident bildirib ki, tərəflər hələ də həllini tapmayan “çətin siyasi məsələlərə” də toxunublar. O, daha əvvəl isə danışıqlardan sonra “problemli məsələlərin sayının azaldığını” qeyd etmişdi.

ABŞ administrasiyasındakı mənbələr “Reuters”, “Axios”, “Politico” və digər media qurumlarına bildiriblər ki, Əbu-Dabidəki görüşlər konstruktiv keçib və tərəflər döyüş əməliyyatlarının dayandırılması ilə bağlı texniki məsələlərin müzakirəsində irəliləyiş əldə ediblər. Bununla yanaşı, ərazi məsələsində mövqelərin hələ də fərqli olduğu vurğulanır. Ukrayna Rusiya tərəfinin Donetsk vilayətində nəzarətində olan ərazilərdən qoşunların çıxarılması tələbi ilə razılaşmır.

Eyni zamanda, Rusiyanın Ukraynada hücum sürətinin son dövrlər kəskin şəkildə azaldığı bildirilir. “Agentstvo” nəşri Ukraynanın DeepState OSINT layihəsinin məlumatlarına və hərbi ekspertlərin qiymətləndirmələrinə istinadla yazır ki, yanvar ayında Rusiya qüvvələri cəmi 152 kvadrat kilometr ərazi ələ keçirib. Bu göstərici dekabr ayı ilə müqayisədə təxminən üç dəfə azdır.

“DeepState”-in məlumatına görə, son bir həftə ərzində Rusiya ordusu ötən ilin mart ayından bəri ən az ərazi irəliləyişi qeydə alıb. Bu dinamika Kremlin sülh danışıqlarında əsas arqumentlərindən birini zəiflədə bilər.

Kremlin mətbuat katibi Dmitri Peskov bazar ertəsi bildirib ki, “ekspert səviyyəsində iş” həftə ərzində davam etdiriləcək. Onun sözlərinə görə, Əbu-Dabidə keçirilən görüşlər məhz bu formatda işin başlanğıcı hesab olunur.

Rusiya nümayəndə heyətinə hərbi kəşfiyyatın (QRU) rəhbəri başçılıq edib. Ukrayna tərəfdən isə ekspertlərlə yanaşı, yüksək vəzifəli rəsmilər – Prezident Administrasiyasının və Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbərləri də danışıqlarda iştirak ediblər.

Rusiya Prezidenti Vladimir Putin indiyədək danışıqlarla bağlı rəsmi açıqlama verməyib.



Xəbərin oxunma sayı : 172




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap