“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Sabiq məmur cəzasını azaltmaq istədi, 150 min verdi - Dələduzluqla üzləşdi

Tarix 06.04.26, 15:37

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının keçmiş sədri, 8 il müddətinə azadlıqdan məhrum edib Katib Məmmədov Ali Məhkəmədə cəzasını yüngülləşdirmək istəyərkən dələduzluqla üzləşib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Katib Məmmədovun tapşırığı ilə qardaşı İlham Məmmədov Elnur adlı şəxslə əlaqə saxlayıb. O, özünü dövlət qurumlarında ciddi əlaqələri olan şəxs kimi təqdim edərək Katib Məmmədovun cəzasının yüngülləşdirilməsinə kömək edə biləcəyini deyib. Bunun müqabilində isə 150 000 manat pul istəyib. 

İlham Məmmədov hissə-hissə olmaqla tələb olunan məbləği Elnura verib. Lakin Elnur verdiyi vədi yerinə yetirməyib. Bundan sonra İlham Məmmədov verdiyi pulu geri tələb edib. Elnur aldığı məbləğdən 90 000 manat qaytarıb. 

Zərərçəkmiş tərəfin hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baxılıb. 

Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, iddia edib ki, İlham Məmmədovdan 90 000 manat alıb və həmin məbləği də geri qaytarıb. 

Zərəçəkmiş tərəf isə israrla bildirib ki, Elnur onlardan 150 000 manat alıb. Bu məbləğin 90 000 manatını qaytarıb, 60 000 manatını isə mənimsəyib. 

Məhkəmənin hökmü ilə Elnur 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin üzərində başqa cinayət işinə görə olan cəza hazırki cəza ilə qismən toplanıb və ona 10 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Elnurun hər iki cinayət işinə görə şübhəli şəxs qismində saxlanıldığı ümumi olaraq 4 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 9 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. 

Katib Məməədov 2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, rüşvət alma, vəzfiə saxtakarlığı və digər cinayətlərdə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə cəzanı 8 ilə endirib. 






Xəbərin oxunma sayı : 1933




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap