“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Sabah iki rayonda işıq olmayacaq - Xəbərdarlıq

Tarix 09.12.24, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Sabah Xaçmaz və Quba rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

AzFakt.com xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, cəmiyyətin Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə həyata keçirilən yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Quba Elektrik Şəbəkəsində (EŞ) 6 kV-luq Paylayıcı Qurğuda (PQ) həyata keçirilən yenidənqurma işlərinin tamamlanması ilə əlaqədar saat 10:00-dan saat 13:00-dək Səməd Vurğun, Əliqulu Nərimanov, Məhəmməd Əmin Rəsulzadə küçələri, Heydər Əliyev prospekti, General Məhəmməd Əsədov, 8 Mart və Arif Hüseynzadə küçələrinin bir hissəsi, həmçinin Xudat Elektrik Şəbəkəsi Sahəsinin xidməti ərazisində 35/10 kV-luq "Nabran" yarımstansiyasında aparılacaq əsaslı təmir işləri ilə əlaqədar saat 09:00-dan saat 17:00-dək Səlimoba, Samurçay, Günəşli, Turist, Şimali kəndləri və Nabran kəndinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma və əsaslı təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.



Xəbərin oxunma sayı : 772




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap