“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Restoranda 30 manat üstündə dava: Dostunun barmaqlarını dişlədi...

Tarix 06.06.23, 18:58

Font ölçüsü : - / +
bitmap-img6


Bərdə rayonu, Zümürxan kəndində yerləşən restoranda dava zamanı dostunun barmaqlarını dişləyən şəxsə hökm oxunub.

“Qaynarinfo”nun məlumatına görə, 1984-cü ildə Bərdə şəhərində anadan olmuş Mirpaşa Həsənov (soyad şərti) restoranda hesab üstündə dostları ilə mübahisə edib. Mübahisə sonradan davaya çevrilib.

Belə ki, Mirpaşa, Məzahir və onun qohumu Anar restorana yemək yeməyə gediblər. Bir müddət sonra hesabı istəyiblər. Ofisiant hesabın 30 manat olduğunu deyib. Məzahir cibindən 20 manat çıxarıb, qalan 10 manatı Mirpaşanın verməsini istəyib. O, üzərində pul olmadığı üçün 20 manatı götürüb, cibinə qoyub. Məzahirə bu restoranı tanıdığını, səhər gətirib özü hesabı ödəyəcəyini bildirib. Məzahir isə ona “adımız-sanımız var, elə şey etmə”, - deyib və mübahisə etməyə başlayıb.
Mübahisə söyüş səbəbindən davaya çevrilib. Mirpaşa əvvəlcə ona yumruq atan Anarla dalaşıb. O, Anarın barmaqlarını dişləyib və boynundan bıçaqlayıb. Daha sonra Məzahirin də əlindən bıçaq zərbəsi vurub.

Zərərçəkmişlərin hər ikisi Mirpaşanı bağışlasa da, məhkəmə onu təqsirli bilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.



Xəbərin oxunma sayı : 286




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap