| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Qəbələdə dəhşətli cinayət: “Bacını fermaya gətir, yoxsa...”
Tarix 08.12.22, 19:21 |
|
Qəbələ rayonunda 2003-cü il təvəllüdlü Sərxan şəxsi münasibətlər zəminində münaqişə zamanı 1987-ci il təvəllüdlü həmkəndlisi Rəhimi (adlar şərti verilib – red.) qətlə yetirib.
Teleqraf.com xəbər verir ki, Rəhim Sərxanın bacısı Aydanla ailə həyatı qurmaq istəyib. Amma qızın valideynləri bu nikaha razılıq verilməyiblər.
Aydan başqa şəxslə nişanlanıb, 17 oktyabr 2021-ci il tarixə toy mərasimi təyin olunub.
Rəhim Aydanla nikahına ailə üzvlərinin razılıq verməsinə nail olmaq üçün Sərxanın lüt şəkillərini yaymaqla şantaj edib, toy məclisini pozmaqla hədələyib.
Evlilik istəyi və qisas
Buna görə də Sərxan qisas məqsədilə Rəhimi öldürmək qərarına gəlib. O, Rəhimə zəng edib, məsələni aydınlaşdırmaq üçün görüş barədə razılığa gəlib.
Sərxan işlədiyi “Lalə” şadlıq sarayından bıçaq götürərək çantasına qoyub. Oktyabrın 9-da saat 20 radələrində Qəbələ rayonu Tikanlı kəndi yaxınlığında çay kənarında anbarda görüşüblər.
Sərxan cinsi oriyentasiyasının düzgün olmadığını bildiyi Rəhimin təklifi ilə onun passiv, özünün isə aktiv formada əlaqəyə girməyə razı olduğunu bildirib.
41 bıçaq zərbəsi və qətl
Bu zaman Sərxan Rəhimə tikilinin içərisində girişdən sol tərəfə çəkilməyi təklif edib. Divarın dibinə keçərkən yerdən götürdüyü daşla Rəhimin müqavimətini qırmaq üçün onun başının arxa nahiyəsinə 2 zərbə endirib.
Sonra əl çantasındakı bıçaqla ona çoxsaylı zərbələr vurub. 41 bıçaq xəsarəti alan Rəhim hadisə yerində ölüb.
Sərxanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Rəhimi 2019-cu ildən birlikdə futbol oynayarkən tanıyıb:
“Rəhimlə münasibətlərimiz yalnız SMS və “WhatsApp” vasitəsi ilə yazışmaqdan, bir neçə dəfə kafedə görüşərkən birlikdə içki içməkdən ibarət olub”.
“Lüt şəkillərimin olduğunu bildirdi”
Təqsirləndirilən şəxs qeyd edib ki, 2020-ci ildə Rəhimin atası Əli və əmisi onlara bacısı Aydanı istəmək üçün elçiliyə gəlib:
“Atam bacımı Rəhimə vermək istəmədi. Bacımın özü də Rəhimi istəmədi, Vahid adlı Qəbələ şəhər sakini ilə nişanlandı. 2020-ci ilin payız aylarında saat 15 radələrində Rəhimlə kənd ərazisində görüşdük. Rəhim mənə gəzməyi təklif etdi. Əlimdə dolu pivə şüşəsi vardı. Birlikdə oturarkən təbii ehtiyacımı ödəmək üçün içdiyim koka-kola butulkasını oraya qoyub uzaqlaşdım. Bir neçə dəqiqə sonra geri qayıtdım, koka-kolanı içməyə davam etdim.
Orada yuxuladıqdan 2-3 saat sonra ayıldım, əynimdə heç bir paltar olmadığını, lüt qaldığımı gördüm. Rəhimə zəng etdim, mənə nəsə edənə nalayiq söyüşlər söydüm. Rəhim isə mənə heç nə etmədiyini dedi, buna görə and içdi. Ancaq lüt şəkillərimin olduğunu bildirdi”.
“Bacını mənə gətirməsən...”
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan 2-3 ay sonra Rəhim ona zəng edib və təkid etdiyi üçün kənd ərazisində görüşüb:
“Şəkilləri silməsi müqabilində ona pul təklif etdim. Rəhim pulu götürmədi. Mənə qoyun soymaq üçün tikilinin içərisindəki dəmir konstruksiyaya təsərrüfat ipi asdırdı. Sonra biz həmin ərazidən aralaşdıq. Onunla hərdən SMS vasitəsi ilə yazışırdıq.
Evdə Rəhimlə hər hansı təmasımın olduğunun bilinməməsi üçün onun adını “Ürəyim” kimi telefonumun yaddaşına qeyd etdim. Gecə saat 2 radələrində Rəhim mənə zəng etdi. Bildirdi ki, əgər bacını mənə qaçırmaq üçün gətirməsən, özümü həmin kəndirdən asıb, sənə görə asdığımı qeyd edərək öldürəcəyəm. Mən isə təəccüblənərək narazılıq etdim”.
Sərxanın ifadəsinə görə, Rəhimin təkidlə onu qapı ağzına çağıraraq orada görüşüblər: “Rəhim məndən bacımı gətirib-gətirmədiyimi soruşdu. Rəhimə “peysər” olmadığımı, bacımı gətirməyəcəyimi dedim. Rəhim getdi. Ancaq hadisə haqda atama danışdım. Atam mənə əsəbiləşdikdən sonra yatdıq.
Səhəri gün atamla Rəhimin yaşadığı evə getdik. Atam onun atası Əliyə iradını bildirdi və Rəhimin hərəkətləri barədə danışıldı. Əli də oğluna iradını bildirdi, bizdən uzaq durmasını istədi. Bundan sonra Rəhimlə yalnız telefon vasitəsi ilə münasibətimiz davam etdi”.
“Jaketimi çıxardım ki...”
Sərxanın ifadəsinə görə, oktyabrın 9-u, saat 18:30-da ofisiant işlədiyi “Lalə” şadlıq sarayından çıxıb taksi ilə Bum qəsəbəsinə gəlib:
“Yolda taksidən düşdüm və 15 dəqiqə piyada gələrək Tikanlı körpüsünü keçdim. Saat 20 radələrində Rəhim mənə zəng etdi, Tikanlı-Uludaş şose yolunun sol istiqamətində çay kənarı ərazidə yerləşən Köhnə fermanın içərisindəki “Rama” deyilən yerdə olduğunu dedi, bacımla bağlı söhbəti həll etmək üçün təkidlə oraya gəlməyimi istədi.
Həmin vaxt üzərimdə içərisində işdə salat doğramaq üçün istifadə etdiyim mətbəx bıçağı olan idman çantası vardı. Rəhimlə “Rama” adlanan yerin içərisində görüşdük. İçəri çox qaranlıq idi. Ferma istifadə edilmədiyi üçün içərini kol-kos basmışdı.
Rəhim məni görən kimi əsəbi şəkildə gödəkçəsini çıxardı, yumruqla üzərimə gəldi. Çantamı girişə qoyaraq əynimdə olan jaketimin və gödəkçəmin cırılmaması üçün çıxardım. Rəhim mənə bacımı niyə gətirmədiyimi soruşdu və üstümə qışqırdı”.
Sərxan bildirib ki, bundan əsəbiləşib və Rəhimin üzərinə cumub: “Rəhim fiziki cəhətdən məndən daha güclü olduğuna görə məni tikilinin divarına sıxaraq boğazımdan tutdu. Bildirdi ki, cinsi əlaqə istəyir, imtina etsəm, məni öldürəcək. Özümü razılaşmış kimi göstərdim. Bildirdim ki, yaxşı, keç. Niyyətim isə Rəhimi öldürmək idi”.
“Yalandan razılaşdım...”
Təqsirləndirilən şəxs deyib ki, bundan sonra onlar girişdən sol tərəfdə tikilinin dibinə keçiblər: “Mən əl çantamı da özüm ilə götürdüm. Rəhim qarşıda divarın dibinə keçib hazırlaşdı. Həmin an gözümə dəyən iri daş parçası ilə Rəhimin baş nahiyəsindən iki dəfə zərbə vurdum. Daş əlimdən yerə düşdü. Rəhim qışqıraraq üzü üstə yerə yıxıldı. Dərhal arxaya çevrilərək yaxınlıqda olan çantadan bıçağı çıxardım. Bu zaman Rəhim ayağa qalxdı və mənə tərəf çevrildi.
Bıçaqla Rəhimin sinə nahiyəsinə ürəyi istiqamətinə vurdum. Təkrar zərbə endirmək üçün bıçağı onun bədənindən çıxarmaq istədim. Rəhim əlimdəki bıçağın kəsici hissəsindən tutdu və onu əlimdən aldı. Ayağımla ayağına zərbə ilə vuraraq onu yerə yıxdım, bıçağı əlindən aldım. Üzü üstə kolluğa yıxılmış vəziyyətdə baş və kürək nahiyəsindən bıçaqla zərbələr vurmağa başladım. Təxminən 20-25 zərbədən sonra qışqırdığını gördüm.
Ətrafda adam olduğunu güman edərək eşitməsinlər deyə və öldüyündən əmin olmaq üçün boğazının sol tərəfindən şah damarını kəsdim. Sonra qulağının yarısını kəsdim, “məni şantaj edənin dalını belə-belə edərlər” deyərək şalvarını aşağı çəkdim. Rəhimə qarşı hər hansı seksual və digər təhqiramiz hərəkət etmədim. Bundan sonra paltarlarımı və bıçağı götürərək hadisə yerindən uzaqlaşdım”.
“Peşmanam”
Sərxan qeyd edib ki, hadisə yerindən təxminən 250 metr getdikdən sonra bıçağı kolluq əraziyə atıb: “Orada keçən arxda əlimin və qolumun qanını yudum. Sonra bir maşının hadisə yerinə tərəf gəldiyini gördüm. Buna görə kolluqda gizləndim. Sonra birbaşa evimizə getdim.
Evdə heç kim yox idi, hamı Nigar xalamgildəydi. Paltarlarımı dəyişdikdən sonra mən də xalamgilə getdim. Sonradan paltarlarımı və bıçağı istintaqa təqdim etdim. Törətdiyim əməldən peşmanam”.
“Oğlumu öldürəcəyini də dedi”
Cinayət işi üzrə zərərçəkmiş Rəhimin anası və hüquqi varisi Vəsilənin sözlərinə görə, oğlu əqli qüsurlu və 3-cü qrup əlil olub: “Rəhim uzun müddət idi ki, Vəlinin qızı Aydanı sevdiyinə görə təxminən 1 il əvvəl həyat yoldaşım Əli ilə onlara elçi düşdük. Ancaq Vəli qızı ilə Rəhimin yaş fərqi çox olduğunu əsas gətirərək buna razılıq vermədi.
Rəhim əl çəkməyərək qızın qardaşı Sərxanla münasibət qurmağa başladı. Rəhim bir neçə dəfə hətta bacısının şəkillərini də ona göndərib, bacısını 100 manat müqabilində ona ərə verilməsinə çalışacağını söyləyib. Buna görə Vəli bizim evimizə gəldi, hətta Rəhimi oğlu Sərxanla birlikdə öldürəcəyini də dedi”.
“Oğlumun qətlə yetirildiyi məlum oldu”
Hüquqi varisin sözlərinə görə, oktyabrın 9-da Rəhim yuxudan qalxaraq səhər yeməyini yeyib və bütün gün evdə olub: “Arabir qoyunları otarmaq üçün “Rama” deyilən əraziyə apararaq geri gətirdi. Saat 17 radələrində yenidən evdən çıxdı, daha geri qayıtmadı. Axşam saatlarında həyat yoldaşım oğluma zəng etdi. Oğlum atasına körpünün üstündə olduğunu, hava aldığını və bir azdan evə gələcəyini dedi.
Axşam yenidən 2 dəfə Rəhimə zəng etsək də, telefonu açmadı. Sonra polis şöbəsindən Əliyə zəng gəldi, köhnə fermanın içərisindəki “Rama” deyilən əraziyə gəlməyini istədilər. Əli oraya getdikdən sonra oğlumun bıçaqlanaraq öldürüldüyünü, tikilinin içərisində olan meyiti kafedə işləyənlərin tapdığını bildirdi. İki gün sonra oğlumun Sərxan tərəfindən qətlə yetirildiyi məlum oldu”.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Sərxan 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Xəbərin oxunma sayı : 574
Kriminal
Xəbərlər
-
Bakını narahat edən məsələ - Səfir Moskvaya səsləndi
-
İran və ABŞ uzunmüddətli müharibəyə hazırlaşır - “Bloomberg“
-
Azərbaycanda kişilərin 45 faizi pensiya yaşına çatmadan ölüb - Rəsmi
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Notariusdan məhkəmədə ŞOK ETİRAF: 350 min manatı özümə xərclədim
-
İranda yanacaq qənaəti üçün gözlənilməz qərar: Konfrans zalları bağlanacaq
-
DSX 1 000 ədəd fototələ cihazı alır - 430 min manat xərcləyəcək
-
Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI
-
Kirayə yaşadığı evdən 8 min manatlıq oğurluq etdi - TUTULDU
-
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsdi: Nə baş verib?
-
Niyam Salamidən “Hacı Məhərrəm”ə şok ittihamlar: “Həmin kanatı qaynı çəkmişdi...”
-
Avropada yaşıl enerjidən ən çox istifadə edən ölkələr açıqlanıb - Siyahı
-
Restorandan oğurladığı ətləri kasıblara payladı - Bakıda KURYOZ OLAY
-
Ceyhun Bayramov Aİ rəsmisi ilə görüşdü - FOTOLAR
-
“Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir“ - Şeyxin qardaşı
-
NATO müttəfiqləri Rusiyanın təxribat planını pozub - Reuters
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda bu heyvanı saxlayanlara subsidiya veriləcək - 800 manat
-
Zelenskinin strategiyası - Ukrayna Rusiyadan daha uzun müddət davam gətirməlidir
-
Hanı sənin islahatın? - Könül Yusifqızından TƏBİB-ə və Anar Bayramova sərt iradlar
-
Maliyyə Nazirliyində dəyişiklik - Şöbə müdiri “Həmkarlar“ın yeni sədri oldu
-
Ən çox bu məhsulları idxal-ixrac etmişik - SİYAHI
-
Partiya sədri Paşinyanı məhkəməyə verdi - Üzr videosu tələb edir
-
Naxçıvan Həmkarlar İttifaqı sədrinin milyonluq imperiyası - SİYAHI
-
ABŞ İranın xaricdən əhəmiyyətli yardım aldığını görmür - Rubiо
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi - FOTO
-
Prezident Azərbaycanın yəhudi icmasını təbrik etdi - MƏTN
-
Yasamaldakı fəlakət şarj aparatından qaynaqlanıbmış - 3 ölü, 25 zəhərlənmə, 419 minlik ziyan
-
Beyləqanda yüksək bal toplayan məzunlarla görüş - FOTOLAR
-
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə dronlarla hücum edildi - Ölənlər var
-
Həmin “zipline”da avqustda da ciddi problem olubmuş - VİDEO
-
Gizli səs yazısı məhkəmədə sübut sayıla bilərmi? - Məhkəmə açıqladı
-
Sevgilisini döyərək xəsarət yetirən şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
-
Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış...- FOTO
-
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
-
“Təhsildə “Qara bazar”ı Əmrullayev yaradıb” - Sabiq deputat
-
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
-
Azərbaycanda ən yüksək və ən aşağı maaş verilən sahələr - Statistika
-
Büdcədənkənar vəsaitlərin istifadəsi ilə bağlı yeni qaydalar müəyyənləşdi - FƏRMAN
-
Hava kəskin dəyişdi - Payızda xəstələnməmək üçün nə etməli?
-
Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
-
“Əcəmi Mal” Ticarət Mərkəzi qanunsuz necə artırıldı? - İLGİNC
-
Xaricdən mal gətirənlərin nəzərinə - Yeni qayda tətbiq olunacaq
-
Ara seçkilərdə demokratların qələbəsi ölkə üçün faciə olacaq - Tramp
-
“Şəki yaylası”ndakı hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
-
Xocalıda mina partlayıb - ANAMA əməkdaşı xəsarət aldı
-
Azərbaycan nefti daha 5 dollar qalxdı - Qara qızılın qiyməti 113 dolları ötdü
-
Pirəkəşküldə zəhərli ilanlar evlərə doluşub - Sakinlər narahatdırlar
-
Böyük Qayıdış davam edir - Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç
-
Skuter və velosiped istifadəçiləri hansı tələblərə əməl etməlidirlər? - VİDEO
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
“Bugünkü uğurumun sirri əslində tənhalıqdır” - Acun
-
Sabahdan iki küçədə yollar təmirə bağlanır - XƏBƏRDARLIQ
-
Motosikletlə toya gələn bəy və gəlin görənləri təəccübləndirdilər - VİDEO
-
Xanımı 2 nəfəri yaralayıb, kürəkəni 4 nəfəri öldürüb - “Şəki yaylası“nın rəhbəri haqqında ŞOK
-
Azad edilən ərazilərdə yeni idxal güzəştləri - VİDEO
-
Bakının bəzi ərazilərində yollar niyə tez sıradan çıxır? - VİDEO
-
İnfantinonun getməsi üçün 100 min imza toplandı - FIFA-da skandal
-
Sön günlər qızılca və məxmərəyə bənzəyən “altıncı xəstəlik“ adlı virus nədir? - VİDEO
-
Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
-
Leyla Əliyeva Madriddə ispanca çıxış etdi - VİDEO
-
“Bir oyun idi oynadıq, bitdi getdi“ - Nigar Tofiqqızının nişanı qayıtdı
-
Xaricdən mal gətirənlərin nəzərinə! - Qaydalar dəyişir
-
“Saqqalları qısaldın, çadranı yığışdırın” - Kadırov çağırış etdi
-
“Bu kimi qurğulara nəzarət FHN-in səlahiyyətlərinə daxil deyil” - Açıqlama
-
Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq
-
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Bakıda qolları olmayan körpə doğuldu: Anası imtina etdi
-
Putin Trampa sülhün şərtini açıqladı: “Kiyevə bütün yardımları dayandırın“
-
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
-
Gömrükçülər “Bitum” yükündə külli midarda metamfetamin tapdılar - Video
-
Vuçiç parlamenti buraxdı - Seçkilər bu tarixdə olacaq
-
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə anbar icarəyə götürdü - 2,7 miyon manata
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Şeyx Türkiyəyə köməyə özəl təyyarəsini göndərmək istəyib? - VİDEO
-
Məşhur rusiyalı milyarderin iddiası rədd edildi - Sanksiyalar qüvvədə qalır
-
Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı - Saxlanılan var - Foto
-
“Smart“ televizorlar haqda şok iddia: Sönülü olduğu halda belə danışıqlarınızı qeydə alır
-
Futbol tarixində ilk: 22 yaşlı qız bu klubun baş məşqçisi təyin edildi
-
Prezidentdən Şarovskinin vəfatı ilə bağlı - Nekroloq
-
Şəkidə kanat faciəsinin təfərrüatı:Tros qırılıb, yoxsa?
-
Kollecdə korrupsiya faktları üzə çıxdı: 4 nəfərə cinayət işi açıldı
-
Prezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi - FOTO
-
Azərbaycan iqtisadiyyatı nə qədər böyüyüb? - Nef-qaz sektoru geriləyib
-
Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb - Nazir
-
Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - DETALLAR
-
Maşın almaq istəyənlərin nəzərinə! - Üç VARİANT VAR
-
“Aysun“ gözəllik salonunun sahibi dələduzluqla üzləşib: “Yalan vədlər verdi“ -
-
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
-
Milli parkda nələr baş verir? - Polis 4 nəfəri saxladı, dəhşətli mənzərə üzə çıxdı
-
Bakıda yağış, bölgələrdə leysan yağacaq - Sabahın havası
-
İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin qalmqallı işləri - TƏFƏRRÜAT
-
Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard dolları keçdi - Statistika
-
“General Hospital“ın baş həkiminə cinayət işi açıldı - Əmlakına həbs qoyuldu
-
Yağış sahibkarın nə qədər pulunu “yuyub”? - ARAŞDIRMA
-
Samuxda 39 yaşlı qadın bıçaqlandı - Şübhəli qardaşıdır
-
Ada heç vaxt heç kimin müstəmləkəsi olmayacaq - Kuba prezidenti
-
“İçərişəhər“də ciddi dəyişikliklər: Altı qurum ləğv olundu
-
Moskvadan Kapitoliyə: Ruben Vardanyan ətrafında qurulan kampaniya şəbəkəsi
-
“Sabah“ klubu yeni hücumçu transfer edib - RƏSMİ
-
Azərbaycan nefti bahalaşdı - “Qara qızıl“ın qiyməti 108 dolları ötdü
-
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ - Qeydiyyat başlayır
-
Şəkidə iki nəfərin öldüyü obyektin sahibi bilindi - İş adamı Məhərrəm Novruzov
-
Alimlərdən dəhşətli xəbərdarlıq - Bu xəstələrin sayı 67% artacaq
-
Zərdabda yol qəzası nəticəsində 5 nəfər öldü - Adları açıqlandı
-
70 ildir məskunlaşdıqları ev əlindən alınır - VİDEO
-
Gələn ilin buraxılış imtahanlarının proqramlarında dəyişiklik olacaq? - VİDEO
-
Sakinlərin 10 min manata ərsəyə gətirdiyi uşaq meydançasını sökdülər - VİDEO
-
Trampla Putinin telefon danışığı oldu - Əsas məqamlar
-
Bakıda gecə “avtomobil ovu“ - 7 maşının şüşəsini sındırıb oğurluq etdi
-
“İçərişəhər”in yeni strukturu bəlli oldu - QƏRAR
-
Azərbaycanda kredit həcmi 33,9 milyard manata çatıb - Statistika
-
Qışda isinmək üçün 83 min manatlıq ziyan - 39 ağacı kəsib odun etdi
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs
-
Şəkidə istirahət mərkəzində kanat qırıldı - 2 nəfər öldü
-
Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi
-
“Aqrarkredit”ə məxsus 44 obyekt satışa çıxarıldı - 10,4 milyon qiyməti var
-
Tanınmış modelyer Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Şok ittihamla
-
Xəbəriniz olmadan adınıza rəsmiləşdirilən onlayn kreditlərlə bağlı - Xəbərdarlıq
TOP 10
ARXİV






