“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Palma meşələrindən keçib buzlaqlara gedən “nağıl qatarı“ - FOTOLAR

Tarix 13.06.26, 21:01

Font ölçüsü : - / +
bitmap-img6


"Bernina Exspress" - Avropanın ən gözəl və unudulmaz dəmir yolu səyahətidir. Qatarların adətən yavaş, darıxdırıcı və vaxt aparan olduğunu düşünən turistlər üçün bu marşrutdan sonra təəssüratlar kəskin şəkildə dəyişir. İki saat yarımdan çox müddətdə davam edən səyahət zamanı 2 253 metr yüksəklik dəyişikliyini dəf etmək, firuzəyi Alp göllərini, məşhur İsveçrə buzlaqlarını, əfsanəvi yolları, buzdan donan şəlalələri seyr etmək mümkündür. Nağıl turunun son dayanacağı dünyanın ən bahalı və cazibədar xizək kurortu - Sent-Morits şəhəridir.

AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Palma meşələrindən keçib buzlaqlara gedən nağıl qatarı - FOTO

Sərin şimalla isti cənubun harmoniyası

Dünya miqyasında məşhur olan "Bernina" qatarı İtaliyanın Tirano terminalını məşhur İsveçrə kurortu olan Sent-Moritslə, başqa sözlə desək, sərin şimalı isti cənubla birləşdirir. Bu ərazi İsveçrə ilə İtaliya arasındakı sərhəddir və iki mədəniyyətin mükəmməl birləşməsidir.

Palma meşələrindən keçib buzlaqlara gedən nağıl qatarı - FOTO

Vaqonlarının alovlu rənginə görə belə adlanan "Kiçik qırmızı qatar" Reyt dəmir yolunun incisidir və 2008-ci ildən bəri UNESCO-nun Dünya İrsi Siyahısına daxildir. Bu nəfəskəsici marşrut Avropanın ən yüksək qatarı, həmçinin "Bernina Express" kimi də tanınır və Alp dağlarına dayaq olmadan qalxır. Qatar palma meşələrinə gedən yolda heyrətamiz buzlaqlardan keçir.

UNESCO-nun veb-saytında qeyd edilib: "Bu ərazi XX əsrin əvvəllərində mərkəzi Alp dağlarının təcriddən çıxmasına və davamlı sosial-iqtisadi inkişaf üçün şərait yaratmasına kömək etmək üçün dəmir yollarından istifadənin bariz nümunəsidir. Ətrafdakı təbii mənzərə ilə harmoniyada tikilmiş memarlıq və mülki mühəndislik strukturlarını təcəssüm etdirir".

Palma meşələrindən keçib buzlaqlara gedən nağıl qatarı - FOTO

Turizmdə dönüş nöqtəsi

Bu qatar yolu mühəndis ideyasının şedevri hesab edilir. Layihə isə 1900-cü illərin əvvəllərində, bir qrup mühəndis tərəfindən irəli sürülüb. Mühəndislər malların hərəkətini yaxşılaşdırmaq üçün bütün Alp bölgəsini, ən əsası isə İtaliyanı İsveçrə ilə birləşdirəcək dəmir yolu qurmaq ideyasını irəli sürüblər. Adi bir dəmiryol xətti ən yaxşı həll yolu olardı, lakin turist tələbatını cəlb etmək üçün daha cəlbedici bir şeyə ehtiyac var idi. Tirano-Sent-Morits marşrutu mərkəzi hökumət tərəfindən 2 mart 1906-cı ildə təsdiqlənir və cəmi dörd il sonra, 5 iyul 1910-cu ildə 61 km-lik yol açılır. Bernina xəttinin tikintisi üçün əsas işçi qüvvəsi İtaliya sərhəd bölgəsinin sakinləri idi.

Palma meşələrindən keçib buzlaqlara gedən nağıl qatarı - FOTO

Turizmdə dönüş nöqtəsi üçün 2000-ci illəri gözləmək lazım gəlir. Həmin il Pininfarina tərəfindən dizayn edilmiş yeni kabinələr əlavə edilir: cəmi 78 oturacaq - 34 birinci sinif və 44 ikinci sinif. Sonra, 2008-ci ildə dünya bu ecazkar gözəllikdən UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi sayəsində xəbər tutur.

Palma meşələrindən keçib buzlaqlara gedən nağıl qatarı - FOTO

Texniki cəhətdən xətt mühəndislik şah əsəridir: darölçülü dəmir yolu dünyanın ən dik dəmir yoludur. Maksimum yamac 7%-dir. Qatar, ilanvari dəmir yolu boyunca 1 800 metr hündürlük fərqini aşaraq Bernina aşırımını (2 253 metr) keçir.

Avropanın ən dramatik və füsunkar mənzərələri

Bu gün qatar Tiranodan yola düşür və Sent-Moritsə çatır. Ərazini araşdırmaq üçün düşə biləcəyiniz və sonra həmişə eyni biletlə ekspress qatara yenidən minə biləcəyiniz on iki dayanacaq var.

Palma meşələrindən keçib buzlaqlara gedən nağıl qatarı - FOTO

Bu marşrut logistik baxımdan olduqca mürəkkəbdir: transferləri və vaxtı öncədən nəzərə almaq lazımdır. Bütün səyahət tam bir gün çəkir. "Bernina Express"də yerlər əvvəlcədən sifariş edilməlidir, hətta bir və ya ikimənzərəli dayanacaq üçün səyahət etsəniz belə. Bu, o deməkdir ki, sadəcə minib-düşə bilməzsiniz. Panoramik qatara onlayn bilet alanda daha ucuz başa gəlir: 2-ci sinif üçün 33 frank (75 manat). Qatarda yer üçün rezervasiya isə biletdən öncə edilir və ayrıca qiyməti var: 32 frank (69 manat). Milandan Turanoya gediş-dönüş biletlərini də nəzərə alsaq ümumilikdə xərc 400 manata yaxındır. Amma zövqlü turistlər həyatda görülməli yerlər siyahısında Bernina marşrutunun yolçusu olmaqdan heç bir halda imtina etmirlər: yəni bu xərci çəkməyə dəyər. Çünki bu, Avropanın ən dramatik və müxtəlif füsunkar mənzərələrinə açılan əsl qapıdır. "Bernina Express" Alp dağlarının ən möhtəşəm keçidini təklif edir.

Palma meşələrindən keçib buzlaqlara gedən nağıl qatarı - FOTO

Turistlərin bilməli olduğu ən vacib şey: "Bernina Express"lə "Bernina qatarı" arasındakı fərq vaqonlardadır. Bernina qatar xətti var, amma bütün digər detallar rahatlıq, qiymət və səyahət müddəti ilə bağlıdır. Panoramik pəncərələr açılmır. Digər qırmızı vaqon qapılarında fotoqrafiya üçün açıla bilən pəncərələr var. Bu qatarlarda qiymət panoramik qatarlarla müqayisədə ucuzdur.

Palma meşələrindən keçib buzlaqlara gedən nağıl qatarı - FOTO

55 tunel, 196 körpü

Ümumilikdə, qatar Kurdan Tiranoya gedən yolda 55 tuneldən və 196-dan çox körpüdən keçir. Bütün səyahətçilər kimi biz də möhtəşəm mənzərələrdən və məşhur yerlərdən zövq alırıq: Bernina massivinin mənzərələri olan Morteratsç buzlağı, üç göl - Piçen, Nair və Bianko, Alp-Qrüm (2094 m) stansiyası və Brusio spiral viaduktu - tağlı körpü qurğusunu keçirik. Qatar ilan kimi qıvrılaraq bu möhtəşəm yolları qət etdikcə yaddaşlarda silinməz izlər buraxır.

Palma meşələrindən keçib buzlaqlara gedən nağıl qatarı - FOTO

Səfər boyunca ikonik mənzərələrlə üzləşirik. Əlbəttə, mənzərələri telefonun yaddaşında əbədiləşdiririk. Ətrafdakı buzlaqlar və zirvələr toxunulmamış təbiət atmosferi yaradır. Diqqətimizi çəkən ilk yer Poşyavo gölüdür. Onun güzgü kimi səthi dağları və meşələri əks etdirir, sanki sükut və düşüncə anları üçün xüsusi olaraq yaradılıb. Buradakı mənzərələr nəfəskəsicidir.

"Bernina Express"də restoran yoxdur. Stüardlar səyahət boyunca hər vaqondan keçərək isti və soyuq içkilər, şokoladlar paylayırlar.

"Bernina Express", sözün əsl mənasında, İsveçrə saatı kimi işləyir. Qatarlar ilboyu Kur, Sent-Morits və Tirano arasında hərəkət edir və mövsümdən asılı olaraq gündə bir və ya iki dəfə yola düşür. Yayın ən qızğın vaxtlarında - iyun-sentyabr və qış tətillərində adətən hər istiqamətdə gündə iki qatar olur.



Xəbərin oxunma sayı : 118




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap