“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Son 5 ilin ən böyük avtomobil istehsalçıları - SİYAHI

Tarix 02.07.26, 20:52

Font ölçüsü : - / +
bitmap-img6


2020–2025-ci illər ərzində dünya avtomobil sənayesində liderlik dəyişməsə də, bazarda güc balansı əhəmiyyətli dərəcədə yenilənib.

Yeniavaz.com “F&I Tools”un illik satış məlumatları əsasında hazırladığı reytinqə istinadən xəbər verir ki, qlobal satışlara görə “Toyota” və “Volkswagen” ilk iki pillədə mövqelərini qoruyarkən, Çin istehsalçıları BYD, “Geely” və “Changan” sürətli yüksəliş nümayiş etdirərək dünyanın ən böyük avtomobil istehsalçıları sırasına daxil olublar.
“Toyota” 2025-ci ili 11 milyondan çox avtomobil satışı ilə ardıcıl olaraq dünyanın ən böyük avtomobil istehsalçısı kimi başa vurub. Almaniyanın “Volkswagen” qrupu isə 9 milyona yaxın satışla ikinci yerdə qərarlaşıb.
Reytinqdə ən diqqətçəkən dəyişikliklərdən biri Cənubi Koreyanın “Hyundai-Kia” qrupunun bir pillə irəliləyərək üçüncü yerə yüksəlməsi olub. ABŞ-nin “General Motors” şirkəti isə bir pillə geriləyərək dördüncü sıraya düşüb.
2021-ci ildə “Fiat Chrysler” və “PSA Group” şirkətlərinin birləşməsi nəticəsində yaradılan “Stellantis” 2025-ci ildə 5,6 milyon avtomobil sataraq beşinci pillədə qərarlaşıb.

Yapon avtomobil istehsalçılarının əksəriyyəti isə son beş ildə mövqelərini itiriblər. “Honda” beşinci yerdən səkkizinci yerə, “Nissan” yeddinci yerdən onuncu yerə enib. Əvəzində “Suzuki” satışlarını iki dəfədən çox artıraraq 13-cü yerdən doqquzuncu pilləyə yüksəlib.

Ən böyük sıçrayış isə Çin şirkətlərinə məxsusdur. Elektrikli avtomobil istehsalçısı BYD qısa müddətdə dünyanın ilk 10 avtomobil istehsalçısı sırasına daxil olaraq yeddinci yeri tutub. Şirkət ABŞ bazarında məhdud fəaliyyət göstərməsinə baxmayaraq, elektrikli avtomobil satışlarında bir sıra məşhur rəqiblərini geridə qoyub. Digər Çin istehsalçısı “Geely” isə satışlarını 2020-ci ildəki 1,3 milyon avtomobildən 2025-ci ildə 3 milyondan çoxa çatdıraraq 11-ci pilləyə yüksəlib. “Changan” da ilk dəfə reytinqə daxil olaraq 12-ci yeri tutub.
Avropa istehsalçıları üçün isə pandemiyadan sonrakı dövr daha çətin keçib. BMW iki pillə geriləyərək 13-cü, “Mercedes-Benz” 15-ci, “Renault” isə beş pillə aşağı düşərək 14-cü yerdə qərarlaşıb.

ABŞ avtomobil istehsalçıları da qlobal rəqabətdə təzyiqlə üzləşiblər. “General Motors” 2020-ci illə müqayisədə 2025-ci ildə təxminən 500 min daha az avtomobil satıb. “Ford” isə eyni dövrdə satışlarını təxminən 450 min avtomobil artırsa da, reytinqdə altıncı mövqeyini qoruyub.

1-ci yer – “Toyota” (2020-ci ildə də 1-ci yer);
2-ci yer – “Volkswagen” (2020-ci ildə də 2-ci yer);
3-cü yer – “Hyundai-Kia” (2020-ci ildə 4-cü yer);
4-cü yer – “General Motors” (2020-ci ildə 3-cü yer);
5-ci yer – “Stellantis” (2021-ci ildə yaradılıb, 2020-ci ildə reytinqdə olmayıb);
6-cı yer – “Ford” (2020-ci ildə də 6-cı yer);
7-ci yer – BYD (2020-ci ildə reytinqdə olmayıb);
8-ci yer – “Honda” (2020-ci ildə 5-ci yer);
9-cu yer – “Suzuki” (2020-ci ildə 13-cü yer);
10-cu yer – “Nissan” (2020-ci ildə 7-ci yer);
11-ci yer – “Geely” (2020-ci ildə 14-cü yer);
12-ci yer – “Changan” (2020-ci ildə reytinqdə olmayıb);
13-cü yer – BMW (2020-ci ildə 11-ci yer);
14-cü yer – “Renault” (2020-ci ildə 9-cu yer);
15-ci yer – “Mercedes-Benz” (2020-ci ildə 12-ci yer).



Xəbərin oxunma sayı : 220




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap