“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Azərbaycanda hansı avtomobiilər ucuzlaşıb? - AÇIQLAMA

Tarix 01.07.26, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


"Hazırda bazarda fərdi şəxslər tərəfindən gətirilmiş, rəsmi zəmanət və servis xidməti olmayan avtomobillərin bir qisminin hətta ötənilki qiymətlərdən daha aşağı qiymətə satıldığı müşahidə edilir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib.

Onun sözlərinə görə, bu vıəziyyət həmin avtomobillərə investisiya yatırmış şəxslərin gözlədikləri müddətdə və qiymətlə satış həyata keçirə bilmədiklərini göstərir:

"Əvvəllər idxal olunan avtomobillər qısa müddətdə, bəzən 10-15 gün ərzində satılırdısa, indi bəzi hallarda avtomobillər aylarla alıcı gözləyir. Bu vəziyyət investorların risklərini artırır və nəticədə onlar avtomobilləri daha aşağı qiymətlərlə satışa çıxarmağa məcbur olurlar.

Əsas səbəblərdən biri ötən il tətbiq olunan güzəştlərin başa çatacağını əvvəlcədən bilən şəxslərin, xüsusilə paralel idxalla məşğul olan fərdi sahibkarların 2025-ci ilin son rübündə ölkəyə daha çox avtomobil gətirməsi ilə bağlıdır. Onlar güzəştlərin bitəcəyini nəzərə alaraq böyük həcmdə avtomobil idxal edib müxtəlif şəxslərin adına rəsmiləşdirərək anbarlarda saxladılar. Həmin avtomobillərin əhəmiyyətli hissəsi bu gün də satışdadır. Nəticədə, ötən ilin sonlarında həyata keçirilən yüksək idxal həcmi cari ilin idxal göstəricilərinə təsir edib və bazarın tələbatının bir hissəsini əvvəlcədən qarşılayıb".

AADA İdarə heyətinin sədri əlavə edib ki, rəsmi idxalçılar tərəfindən satılan zəmanətli avtomobillərdə qiymət artımı yoxdur:

"Əksinə müxtəlif kampaniyalar vasitəsilə güzəştlər təqdim edilir. İkinci əl bazarında aktivlik müşahidə edilsədə gözə çarpacaq dinamika yoxdur.



Xəbərin oxunma sayı : 154




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap