“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

İran ölkəni, vətəndaşları və inanclarını müdafiə edəcək – Pezeşkian

Tarix 22.09.26, 11:03

Font ölçüsü : - / +
bitmap-img6


İran təzyiqlərə, çətinliklərə baxmayaraq, var-gücü ilə müqavimət göstərir və ölkəni, vətəndaşları və inanclarını müdafiə edəcək.

İran Prezidentinin informasiya portalında dərc olunan məlumata görə, bunu İran Prezidenti Məsud Pezeşkian bu gün (22 sentyabr) BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər etməzdən öncə Tehranda deyib.

“İran son müddət ərzində çətinliklərlə qarşılaşmasına baxmayaraq, başıucalıqla bu şəraitdən keçib və bu, fəxrlə elan olunası nüansdır. Beynəlxalq dairələrdə İranın mövqeyi tam şəkildə müdafiə olunacaq.

 
Sülh və rifahı olan təhlükəsiz dünya istənilirsə, bütün insanlara və xalqlara hörmətlə yanaşmaq lazımdır. Gücə arxalanmaqla xalqları təmkinli olmağa məcbur etmək olmaz.

İran dəfələrlə müzakirələrdə iştirak edib və anlaşmaları da imzalayıb. Lakin götürülən öhdəliklərə baxmayaraq, anlaşmalar çox asanlıqla pozulub və bu bütün dünyanın gözü qarşısında baş verib”, -deyə o bildirib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian bu gün BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak və çıxış etmək məqsədilə Nyu-Yorka səfər edib. İran prezidentinin səfər çərçivəsində bəzi ölkələrin rəhblərləri ilə görüşərək danışıqlar aparacağı bildirilir.



Xəbərin oxunma sayı : 403




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap